Başqırdlar (rusca:Башкиры) — rəssam Uilyam Allan tərəfindən 1814-cü ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. Rəsm əsəri hal-hazırda Rusiyanın Peterburq şəhərindəki Ermitaj Muzeyində saxlanılır.
Çəkilişi Rəsm 1814-cü ilin payızında Edinburqda Uilyam Allan tərəfindən şəkilmişdir. Rəsimdə Napoleon müharibələri zamanı Başqırd atlılarının geyimləri və silahları göstərilmişdir. Uilyam Allan qeyd edirdi:
1815-ci ildə Uilyam Allanın rəsmi xalqa ilk dəfə təqdim edildi. 1816-cı ilin dekabrında gələəkdəki rus imperatoru I Nikolay səyahəti zamanı Edinburqdakı Uilyam Allanın sexinə gəldi. Bu görüş yerli qəzetlərin birində belə təqdim edilmişdi:
Bu görüşdən sonra I Nikolay rssamın 3 rəsmini almışdır - "Başqırdlar", "Sərhəd mühafizəçisi" və "Aslan Gəray və Alkaziya Kuban çayını keçir".Nicholson W. Portraits of Distinguished Living Characters of Scotland. Part V. 1818. Birinci və ikinci əsər Ermitaj Muzeyində, üçüncü əsər isə Dağıstan İncəsənət Muzeyində sərgilənməkdədir.
Əsər Rusiyaya gətirildikdən sonra Aniçkov Sarayında - I Nikolayın öz ofisində idi və "Üç kəndli ilə danışan iki başqır" adı altında siyahıya alındı. 1920-ci ildə rəsm əsəri Ermitaja göndərildi. 1929-cu ildə xaricə satılmalı idi, 1931-ci ildə muzeyə yenidən geri gəldi və "Başqırdlar" adı altında sərgiləndi. Hal-hazırda 301 nömrə ilə "Qış Sarayı"nda sərgilənməkdədir.Дукельская Л. А. Искусство Англии XVI—XX веков: Очерк-путеводитель. — Ленинград, 1983. — С. 106.
İstinadlar
Kateqoriya:Ermitajdakı rəsm əsərləri Kateqoriya:1814-cü ildə çəkilmiş rəsm əsərləri Kateqoriya:Atları təsvir edən rəsmlər Kateqoriya:Başqırdlar Kateqoriya:İnsanların təsvir edildiyi rəsm əsərləri Kateqoriya:Kətan üzərində yağlı boya ilə çəkilmiş rəsmlər