Alfredo Di Stefano stadionu () — İspaniyanın Madrid şəhərində 2006-cı ildə inşa edilən çoxməqsədli stadion. Real Madridin rezerv komandası olan "Real Madrid B"-nin ev oyunlarını keçirdiyi stadiondur.

Stadion klubun keçmiş futbolçusu, komandanın əfsanələrindən hesab olunan Alfredo Di Stefanonun adını daşıyır. Real Madridin ev oyunlarını keçirdiyi əsas stadion olan Santyaqo Bernabeu stadionunun təmirə bağlanması və bütün dünyada kütləvi hal alan COVID-19 pandemiyasından sonra Real Madridin əsas komandası da 2019–2020-ci il mövsümünün ev oyunlarının qalan hissəsini məhz bu arenada, bağlı qapılar arxasında keçirməyə başladı.

Xarici keçidlər

Kateqoriya:İspaniya stadionları Kateqoriya:Real Madrid FK