İkinci Şərqi Türküstan Respublikası və ya Şərqi Türk İnqilabı Respublikası — 1944-1949-cu illərdə Çin Respublikasının Sintszyan (tarixi Şərqi Türküstanın şimal hissəsi) əyalətinin üç (İli,Taçen, Altay) şimal dairəsinin ərazisində mövcud olmuş sovetyönümlü dövlət qurumu. 1949-cu ildə İkinci Şərqi Türküstan Respublikası SSRİ-nin razılığı ilə Çin Xalq Respublikası tərəfindən ilhaq edilmişdir.
1946-cı il ərzində Şərqi Türküstan Respublikası Sincan Koalisiya Hökumətində təmsil olunsa da, müstəqilliyini qorumuşdur. 1947-ci ilin avqustunda Şərqi Türküstan Cümhuriyyəti rəsmiləri Koalisiyadan çıxdıqlarını bəyan etdilər. Onlar Şərqi Türküstanın bütün ərazilərinin Çin hakimiyyətindən azad edilməli olduğunu bildirərək müstəqilliklərini yenidən bəyan etdilər. Sincanın qalan hissəsi Homindanın nəzarəti altında idi.
1949-cu ilin sonlarında müstəqillik tərafdarı olan onun əsas rəhbərlərinin və yaradıcılarının çoxu Pekinə ÇXR ilə danışıqlarda iştirak etmək üçün gedərkən SSRİ ərazisində qəzaya düşərək həlak oldular. 1950-ci ilin sonlarında Çin Xalq Azadlıq Ordusu İkinci Şərqi Türküstan Respublikasının ərazisinin çox hissəsini ələ keçirmiş və onun müstəqiliyinə son qoymuşdu. Bütün bölgə Çin Xalq Respublikasının (ÇXR) tərkibində Sintszyan-Uyğur Muxtar Rayonu olaraq adlandırıldı. Şərqi Türküstan Cümhuriyyəti tərəfindən nəzarət olunan ərazinin böyük hissəsi sonradan İli-Qazax Muxtar dairəsinin tərkibinə daxil edildi.
Tarixi 1930-cu illərdə Sincan valisi Şen Şitsai Çindəki hadisələr səbəbiylə mərkəzi hakimiyyətin uzaq Sincana diqqət yetirməməsindən istifadə edərək, faktiki olaraq müstəqil siyasət yürüdürdü.(Chinese) 杜根成, "达列力汗·苏古尔巴也夫" 中华英烈网 2014-01-20 Sincanın əsas qonşusunun SSRİ olması səbəbindən Şen Şitsai onunla aktiv ticarət apararaq Sovet yönümlü siyasət yürüdürdü. Üstəlik Şen Sovet İttifaqı ilə bağladığı müqaviləyə əsasən sovet tərəfi maneəsiz şəkildə vilayət ərazisində faydalı qazıntıların kəşfiyyatını və hasilatını apara bilərdi.Allen S.Whiting and General Sheng Shih-ts'ai " Sinkiang: Pawn or Pivot? " Michigan State University Press, East Lansing, Michigan 1958, page 280 1936-cı ildə Böyük Yürüşün sonunda Çan Qatounun ordusunun qalıqları Sincana çatdıqda, Şen Şitsai gələn kommunistləri qoşunlarında vəzifə ilə təmin etdi.
1937-ci ildə Çin-yapon müharibəsi başladı və Çinin sahil əyalətlərini itirməsindən sonra Sincan xarici dünya ilə yeganə əlaqə kanalı oldu. Sovet İttifaqından hərbi təchizat Sincan vasitəsilə gəlirdi. Bu, Çin lideri Çan Kayşiyə Sincana ciddi diqqət yetirməyə sövq etdi. Bununla belə, Şen Şitsai müstəqil statusunu itirməsindən qorxaraq, paytaxtda hər hansı bir müşavirəyə qatılmaqdan imtina edirdi.
1942-ci ilin avqust ayının sonunda Çan Kayşinin arvadı Sonq Meilinq Şen Şitsai ilə danışıqlar aparmaq üçün Urumçiyə gəldi. Bu zaman Böyük Vətən müharibəsi davam edirdi, Üçüncü Reyx qoşunları ən böyük uğurlarına Moskvaya çatmışdılar. Bütün bunları nəzərə alan Şen Şitsai SSRİ-ylə əməkdaşlıqdan imtina etməyin vaxtının gəldiyinə qərar verdi.Lin 2007, p. 130. Urumçidə Homindan partiyasının əyalət nümayəndəliyi açıldı və Homindan qoşunlarından ibarət on briqada Sincana gəldi. Çan Kayşinin SSRİ ilə əlaqələri kəsməyi, vilayətin kommunistlərdən təmizlənməsini və demokratik hərəkatı darmadağın etməsini tələb edəcəyini bilən Şen 1942-ci ilin birinci yarısında repressiyalara başladı. 1942-ci ilin yayına Sincanda demokratik hərəkatdan heç bir əlamət qalmadı. Şen Şitsainin siyasəti qazaxların 1942-ci ilin yazında Altayda üsyan etməsinə gətirib çıxardı. 1943-cü ildə Homindan qarnizonlarına qarşı sistematik mübarizə aparan beş partizan dəstəsi fəaliyyət göstərirdi. Əvvəlcə qazaxlara məşhur qaçaq Osman Batur rəhbərlik edirdi.В. И. Петров. Мятежное «сердце» Азии. Синьцзян: краткая история народных движений и воспоминания. — М.: Крафт+, 2003. — ISBN 5-93675-059-0 Çox qısa zamanda Osman Baturun dəstəsindəkilərin sayı 30 minə çatır. 1943-cü il iyulun 22-də Osman Batur Bulğun şəhərində Qazax türklərinin xanı elan edilir. O, usanmadan, yorulmadan düşmənə qarşı mübarizəsini davam etdirir. Bir müddət sonra isə Müvəqqəti Altay Xalq Cümhuriyyətinin prezidenti seçilir. Lakin Sovet İttifaqı hadisələrə müdaxilə edir və həbsxanadan qaçan Dalelxan Suqurbayev qazax partizanlarının lideri olur.(Chinese) 菅志翔, "结构、现实需要与文化传承 ——以乌斯满的行为逻辑和社会互动为例" 2013-10-25
1942-ci ilin avqust ayında Şen Sovet İttifaqının Üçüncü Reyxdəki keçmiş səfiri və SSRİ Xarici İşlər Komissarının müavini Dekanozovla Ürümcidə görüşür. O, bu görüşdə Sovet İttifaqından üç ay ərzində bütün hərbi qüvvələri və siyasi zabitləri Sincandan geri çəkməsini və bütün SSRİ təbələrini çıxartmasını tələb edir. Sovet konsesiyaları ərazisindən avadanlıq, o cümlədən Duşanzidəki (Cunqariya) Sovet neft sahələrinin və Ürümçidəki Sovet Təyyarə Yığma Zavodunun (Kənd Təsərrüfatı Alətləri İstehsalat Fabriki adı altında fəaliyyət göstərirdi) bağlanması da daxil olmaqla birdəfəlik getməsində israr göstərir.Allen S.Whiting and General Sheng Shih-ts'ai " Sinkiang: Pawn or Pivot? " Michigan State University Press, East Lansing, Michigan 1958, page 225
Ümumilikdə, 1937-1944-cü illər arasında Sincanda vergi yükü 7-8 dəfə artmışdı. SSRİ ilə ticarətin dayandırılması sənaye malları qıtlığına səbəb oldu və heç kəs kənd təsərrüfatı məhsullarını almırdı. Bütün bunlara əlavə olaraq, Şen Şitsai ordunun ehtiyaclarını ödəmək üçün köçərilər tərəfindən on min cins atın dövlətə təhvil verilməli olduğunu elan etdi. Atı təslim etməyən ailəyə iki atın dəyərinə bərabər pul cəriməsi tətbiq edilirdi. Altay qazaxları partizan müharibəsi apardığından atların səfərbərliyi İli və Çuquçaq bölgələrinin köçərilərinin üzərinə düşürdü, bu da ümumi qəzəbə gətirib çıxardı. Şen Çitsai o qədər nüfuzsuz şəxsiyyətə çevrilir ki, Çan Kayşi vilayət qubernatoru vəzifəsini təmamilə ləğv etdi və Şeni Çuntsinə sürgün etdi. Əyalət hökumətinə Homindan Mərkəzi Komitəsinin üzvü, general Vu Sin rəhbərlik etməyə başladı. Vu Sin vəziyyəti normalaşdırmaq üçün addımlar atmağa başladı və siyasi məhbuslar üçün əfv elan etdi, lakin artıq çox gec idi.
1944-cü ildə SSRİ bölgədəki nüfuzunu bərpa etmək üçün əyalətdəki Homindan hakimiyyətinə qarşı üsyana dəstək vermək qərarı verdi. Bunu üçün o, Şimali Sincanda İli bölgəsindəki türk xalqları arasındakı narazılıqdan istifadə etmək yolunu seçdi .
1944-1945-ci illərdə hadisələr 250px|thumb|right|Əlixan Törə İkinci Şərqi Türküstan Respublikasının ilk prezidenti. 1944-cü ilin sentyabrında Nilka bölgəsində Külçə tatarı Fatih, uyğur Qəni Mamatbakiyev, qazax Əkbər Esbosin və kalmık Fuçinin rəhbərliyi altında üsyan qalxdı. Hakimiyyət orqanları sentyabrın 4-də süvari alayının bir eskadronunu üsyançıların üzərinə göndərdi. Dəstə sentyabrın 16-da bölgəyə çatdı, ancaq üsyançıları məğlub edə bilməyib geri çəkildi. Vəziyyət, Şen Şitsainin gedişi ilə əlaqədar, əyalət rəhbərliyində olan qeyri-müəyyənliklə daha da ağırlaşdı. Oktyabrın 8-də 1000-ə qədər üsyançı Nilka rayon mərkəzinə hücum etdi. Oktyabrın 12-də qarnizon şəhəri tərk edərək Mazar kəndinə tərəf qaçdı.
Üsyançılar bölgəni Homindan qoşunlarından təmizlədi və müstəqilliyini elan etdi. Külçənin özündə heç bir təhlükənin olmadığını düşünən İli mahal rəisi, üsyanı yatırmaq üçün Külçə şəhər qarnizonunu Nilkaya göndərdi. Bundan istifadə edən Külçə inqilabçılarının gizli şəkildə qurulmuş təşkilatı üsyan qaldırdı. Onlar əvvəlcədən Nilka bölgəsindəki üsyançılara məktub göndərərək cəza dəstəsi ilə döyüşə girməməyi, dərhal başqa yolla Külçəyə gəlməyi tapşırdılar. Üsyançılar üç böyük dəstəyə bölündülər: Qəni Mamatbakiyevin rəhbərliyi altında uyğurları dəstəsi, Əkbər Esbosinin rəhbərliyi ilə qazaxların dəstəsi və İvan Şutovun komandanlığı altında rusların dəstəsi. Hər üç dəstə Külçəyə doğru yola düşdü. Qeyd edək ki, XIX əsrdən Sincanda yaşayan ruslar və kommunist olmayan rus köçkünləri Sovet Qırmızı Ordusuna və İli üsyançılarına kömək etdilər. Onlar bu mübarizədə ağır itkilər də verdilər.
1944-cü il noyabrın 7-də Külçənin özündə üsyan başladı. Bəzi məlumatlara görə, üsyana başlamaq üçün işarə Sovet konsulluğundan pulemyotdan fasiləsiz atəş açılması ilə verildi. Külçə qarnizonu 19-cu alayın iki taborundan və 21-ci alayın bir taborundan ibarət idi; əlavə olaraq, şəhərdə zəif silahlanmış və lazımi təlim keçməmiş ehtiyat qoşunlarının xeyli hissəsi də cəmləşmişdi. Qonşu qəsəbələrdə də əlavə qoşunlar yerləşmişdi. Üsyan zamanı ümumilikdə İli vadisində 10 minə qədər Homindan əsgəri var idi ki, bunların da 8 mini Külçənin özündə idi. Homindan vəziyyəti nəzarətə almaq üçün huey zabiti Liu-Bin-Dini Urumçiyə göndərdi. Lakin rəsmi hökumət gec reaksiya verdiyindən, onun qoşunları türk üsyançılara qarşı heç bir tədbir görə bilmədi.
Respublikanın elan edilməsi Üsyançılar şəhərin üç fərqli nöqtəsində Homindan ordu birləşmələrini mühasirəyə almağa və sıxışdırmağa müvəffəq oldular. Şəhərin hələ düşməndən tamamilə təmizlənməməsinə baxmayaraq, 1944-cü il noyabrın 12-də (bəzi mənbələrdə noyabrın 15-də göstərilir) üsyançılar Şərqi Türküstan Cümhuriyyətinin yaradıldığını elan etdilər. Amerika Birləşmiş Ştatları konsulluğunu əməkdaşlarının dediyinə görə üsyançıların lideri və İslam alimi Əlixan Törə şəxsən "Türküstan İslam Hökuməti"ni elan etmişdi:
İli bölgəsi müsəlmanlarının ən yüksək dini lideri olan Əlixan Törə Şərqi Türküstan Respublikasını hökumətinin başına gətirildi. Hökumətə uyğurlar Əhmədcan Qasimi (Əhmədcan Qasimov), Hakimbəy-Xoca və Rəhimcan Sabirxocayev, tatarlar Ənvər Musabəyov və Nabiyev, qazaxlar Uraxan və Abdulxair, ruslar İ.Q.Polinov və F.İ.Leskin və kalmık Fuça daxil oldular. Üsyanın faktiki lideri uyğur Əhmədcan Qasimi sayılırdı. Cümhuriyyətin qurulmasından dərhal sonra hökumət Sincanda yaşayan xalqların bərabərliyi, iqtisadiyyatı və mədəniyyətinin inkişafı, İslama və digər dinlərə dəstək və bütün dövlətlərlə dostluq əlaqələri qurmaq üçün demokratik bir proqram elan etdi. Proqramda ayrıca bir maddə Sincan xalqlarının hamısının nümayəndələrindən nizami ordunun yaradılması idi.
Noyabr, dekabr və yanvar aylarında üsyançılar çətinliklə də olsa, Külcənin ətrafını Homindan qüvvələrindən təmizlədilər. Tyan-Şanda üsyançılar turqutlar tərəfindən dəstəklənirdilər. Üsyançılar həyati əhəmiyyət daşıyan Airambəy hava limanını çinlilərdən almağa çətinlik çəkəndə, Sovet hərbi qüvvələri bir başa müdaxilə edərək, Airambəyi minaatanlardan atəşə tutaraq, Çin istehkamında müqaviməti zəiflətdilər. 1945-ci ilin martına qədər bütün İli bölgəsi Homindan qoşunlarından təmizləndi.
Homindan komandanlığı Böyük İpək Yolu boyunca yerləşən yaşayış məntəqələrində müdafiə xətti yaratmağa başladı. Yaya qədər Jinqe, Sihe və Manas boyu güclü eşelonlu müdafiə xətti inşa edildi. 1945-ci ilin yazında Homindan komandanlığı Qızıl-Üzən çayı dərəsindən çıxışı nəzarət altına almamaqla mühüm hərbi fürsəti əldən verdi. Belə ki, üsyan qaldıran Qalibəyin rəhbərliyi altında qazaxlar bu mühüm strateji nöqtəni ələ keçirdilər.
Ordunun yaradılması Əhmədcan Qasiminin səyi ilə könüllü üsyançı qruplardan ibarət Şərqi Türküstan Cümhuriyyətinin ordusu quruldu. İkinci Şərqi Türküstan Respublikası Ordusunun yaradılması 1945-ci il aprelin 8-də rəsmən elan edildi. Çinlilər istisna olmaqla, respublikanın bütün millətlərinin nümayəndələri orduya cəlb edildi. Şərqi Türküstan Cümhuriyyətinin ordusuna rəhbərliyi milliyətcə qırğız general İsaq bəy, ağ qvardiyaçılar İ.Q.Polinov və F.İ.Leskin edirdilər. Orduya hərbi ləvazimat SSRİ-dən gəlirdi. Üstəlik hərbi formalarda sovet nümunəsi əsasında hazırlanmışdı.
Əsgərlərin əksəriyyəti uyğur, qazax və ruslar idilər. Orduda dunqanlardan ibarət süvari diviziyası və monqol süvari diviziyası da mövcud idi. Sonradan isə sibolardan ibarət alay və eskadron təşkil edildi. Ordunun qurulasında sovet zabitləri kömək edir və türk üsyançılarına Çin ordusuna qarşı mübarizədə yardım göstərirdilər. Hətta Homindan hökuməti 1945-ci ilin oktyabrında Çin mövqelərinə hücum edən təyyarələrin Şərqi Türküstan Respublikasına yox, SSRİ-yə məxsus olmasından şübhələnirdilər.
Şərqi Türküstan Respublikasının Milli Ordusu aşağıdakı birliklərdən ibarət idi: 1-ci Süydin piyada alayı;