Böyük Moğol imperiyası (, Gūrkāniyān; , Mughliyah SaltanatBalfour, E. G. (1976). Encyclopaedia Asiatica: Comprising Indian-subcontinent, Eastern and Southern Asia. New Delhi: Cosmo Publications. S. 460, S. 488, S. 897. ISBN 978-81-7020-325-4.) və ya Baburlu imperiyası (, Empīrāturī-ye Moġolī-ye HendL. Canfield, Robert; Jonathan Haas (2002). Turko-Persia in Historical Perspective. Cambridge University Press. ISBN 0-521-52291-9, 9780521522915. ; p. 20;Edward Balfour The Encyclopaedia Asiatica, Comprising Indian Subcontinent, Eastern and Southern Asia, Cosmo Publications 1976, S. 460, S. 488, S. 897) — 1526–1859-cu illər arasında mövcud olmuş və əsası Teymurilər sülaləsindən olan Babur tərəfindən qoyulmuş türk dövləti.Roux, Jean Paul (1984). Türklerin Tarihi (Historie des Turks). Ad. ISBN 975-506-018-9.Richards, John F. (1995), The Mughal Empire, Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2, retrieved 31 July 2013Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books, p. 22, ISBN 978-1-86189-185-3,Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia, I. B. Tauris, p. 2, ISBN 978-1-84885-726-1, Moğollar türk idilər. "Moğol" adı onlara onları səhvən monqol bilən avropalılar tərəfindən verilmişdir. Baburlu imperiyasının hökmdarları şah, xan, xaqan və padşah titulları daşıyırdılar. Qərbdə (Avropada) isə Baburlu xanları "Monqol (moğol) imperatoru" olaraq bilinirdilər.
XVI əsrin əvvəlində Şimali Hindistan Böyük Moğol İmperiyasının təsiri altına düşdü.Robb, P. (2001), A History of India, London: Palgrave, ISBN 978-0-333-69129-8 Moğollar yerli idarə üsulunu tamamilə aradan qaldırmadı və bunun əvəzinə daha balanslaşdırılmış, mərkəzləşdirilmiş və vahid sistemə malik bir idarə üsulu bərqərar etdilər.Asher, C. B.; Talbot, C (1 January 2008), India Before Europe (1st ed.), Cambridge University Press, ISBN 978-0-521-51750-8 Xüsusilə Böyük Əkbərin hakimiyyəti illərində özlərinin tarixi qəbilə əlaqələrini qoruyub saxlamaqla onlara tabe olan ərazilər çərçivəsində fars mədəniyyətini öz mədəniyyələri ilə birləşdirdilər.Metcalf, B.; Metcalf, T. R. (9 October 2006), A Concise History of Modern India (2nd ed.), Cambridge University Press, ISBN 978-0-521-68225-1 Moğolların iqtisadi siyasəti kənd təsərrüfatından gələn gəlirə əsaslanırdı. Vergilər əsasən möhkəm nizamlanmış gümüş valyuta ilə ödənilirdi,Stein, B. (16 June 1998), A History of India (1st ed.), Oxford: Wiley-Blackwell, ISBN 978-0-631-20546-3 bu isə əkinçilərin və sənətkarların böyük əmək bazarına daxil olmasına kömək edirdi. İqtisadiyyatda nisbi sabitlik XVII əsr ərzində imperiya tərəfindən qorunub saxlanıla bildi. Marata, Racput kimi şimali və qərbi Hindistanda məskunlaşan sosial-ictimai qruplar hərbi və idarəedici sahələrdə maraqlı idilər və bu onlara sonradan hərbi təcrübə qazandırdı. İmperiya ərazisində ticarətin genişlənməsi Hindistanın cənub və şərq sahilləri boyu siyasi və iqtisadi elitanın yüksəlməsinə şərait yaratdı. İmperiya parçalandıqca bu elitanın üzvləri öz aralarında mərkəzi hakimiyyətdən xəbərsiz əlaqələr qura bilirdilər.
Dövlətin əsasının qoyulması Baburun Dehli sultanlığının hökmdarı İbrahim Ludi üzərində Panipat döyüşündə (1526) əldə etdiyi qələbə ilə ələqələndirilir. İmperiya öz yüksəlişinin ən pik həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatır və onun ölümündən sonra (1706) səriştəsiz hökmdarların hakimiyyəti altında bu inkişaf sürəti yavaşlamağa başlayır. İmperiyanın parçalanması kiçik Marata İmperiyası ordusu ilə Dekan döyüşündəKincaid, Dennis (1937). The Grand Rebel: An Impression of Shivaji, Founder of the Maratha Empire. London: Collins. pp. 72–78, 121–125. böyük itki verilməsi ilə başlayır və bu məğlubiyyət Benqal, Bopal, Oud, Karnatik, Rampur və Heydərabadın nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsi ilə nəticələnir.Brown, Katherine Butler (January 2007). "Did Aurangzeb Ban Music? Questions for the Historiography of his Reign". Modern Asian Studies 41 (1): 79. 1818-ci ildə baş vermiş III Anqlo-Marata müharibəsindən sonra imperiyanın sərhədləri Dehli ilə hüdudlanır və taleyi həmin ildə Hindistan üsyanı zamanı Dehlinin ələ keçirilməsi ilə həll olunur.Wilson Hunter, Sir William. The Indian Empire: Its People, History, and Products. p. 315.
İmperiyanın "klassik dövr"ü 1556-cı ildə Böyük Əkbərin taxta çıxması ilə başlayır. Əkbərin və oğlu Cahangirin hakimiyyəti dönəmində imperiya dini harmoniya ilə yanaşı iqtisadi inkişaf yaşayır və hökmdarlar yerli dinlər və adət-ənənələrlə maraqlanırlar. Böyük Əkbər həm də eyni zamanda uğur qazanmış bir sərkərdə idi. O, həmçinin hindu racputlardan hərbi birləşmə yaratmışdı. Bəzi Racput hakimləri şimal-qərbi Hindistanda Moğolların hücumlarına müqavimət göstərməyə davam edirdilər, lakin onların əraziləri Böyük Əkbər tərəfindən zəbt edilmişdir. Böyük Moğol İmperiyasının hökmdarlarının böyük əksəriyyəti müsəlman idi. Ancaq Böyük Əkbər ömrünün geri qalan hissəsində və ondan sonra oğlu Cahangir yeni din olan "Din-i-İlahi"nin davamçıları olmuşlar və bu din "Ain-ə-Əkbəri Dabestan-e Mazaheb" kimi dini kitabda qeydə alınmışdır.Roy Choudhury, Makhan Lal. The Din-i-Ilahi:Or, The Religion of Akbar.
Dövlətin beşinci hökmdarı olan Cahan şahın hakimiyyət illəri Moğol memarlığında qızıl dövr idi. O, bir neçə memarlıq abidəsinin yaradılmasına göstəriş vermişdir. Bunlardan ən məşhuru kimi Aqradakı Tac Mahalla yanaşı yenə Aqradakı Moti məscidini, Qırmızı qalanı, Dehlidəki Cama məscidini və Lahor qalasını misal göstərmək olar. Böyük Moğol İmperiyası ərazisinin ən böyük həddinə Sultan Övrəngzebin hakimiyyəti illərində çatdı və yenə onun hakimiyyəti dövründə Şivaji Bosalın başçılıq etdiyi Marata hərbi üsyanına görə imperiyanın sonuncu eniş dövrü başladı. Hakimiyyəti boyunca cənubda qazanılmış qələbələr hesabına Böyük Moğol imperiyasının əraziləri cənuba doğru genişləndi, ölkənin əhalisi 150 milyona (təxminən bütün dünya əhalisinin ¼-i qədər), ÜDM isə indiki valyuta ilə təqribən 90 milyard ABŞ dollarına çatdı.Richards, John F. (March 18, 1993). Johnson, Gordon; Bayly, C. A., eds. The Mughal Empire. The New Cambridge history of India: 1.5. I. The Mughals and their Contemporaries. Cambridge: Cambridge University Press. pp. 1, 190. ISBN 978-0-521-25119-8.Warrior Empire: The Mughals (DVD). The History Channel. October 31, 2006.
XVIII əsrin ortalarında Maratalar Böyük Moğol İmperiyasının ordularını məğlub edirdilər və bu qələbələrə görə Dekandan Benqala qədər olan ərazilərə nəzarət edirdilər. Daxili narazılıqlar Benqal, Bopal, Oud, Karnatik, Rampur, Heydərabad nəvvablarının və Əfqanıstan hakiminin öz müstəqilliklərini elan etməsinə görə daha da artmışdı. 1739-cu ildə Moğollar Karnal döyüşündə Nadir şahın qüvvələri tərəfindən məğlub edilmişdilər.Dupuy, R. Ernest and Trevor N. Dupuy, The Harper Encyclopedia of Military History, 4th Ed., (HarperCollinsPublishers, 1993), 711. Bunun nəticəsində paytaxtları qarət edilmiş və əllərindən alınmışdı. Bu isə onların süqutunu sürətləndirmişdir. Növbəti əsr ərzində Böyük Moğol İmperiyasının gücü məhdudlanmış və sonuncu imperator II Bahadır Şahın dövründə isə yalnız Şahcahanabad şəhəri ilə məhdudlanmışdır. O, 1857-ci ildə baş vermiş Sipahilər üsyanına kömək etməkdə günahlandırılmış, sonralar ingilislər tərəfindən xəyanətə məcbur edilmiş və həbs olunaraq Birmaya sürgün edilmişdir.Dalrymple, The Last Mughal, p. 145 fn Beləliklə 1859-cu ildə Böyük Moğol İmperiyası süqut etmiş, torpaqları Britaniya Hindistanının tərkibinə qatılmışdır.
Baburilərin mənşəyi haqqında Böyük Moğol İmperiyasının əsası Zahirəddin Məhəmməd Babur ( ; al-ṣultānu 'l-ʿazam wa 'l-ḫāqān al-mukkarram bādshāh-e ġāzī)Emperors new names (title) Mirza , the title of Mirza and not Khan or Padishah, which were the titles of the Mongol rulers. tərəfindən qoyulmuşdur.Richards, John F. (1995), The Mughal Empire, Cambridge University Press, p. 6, ISBN 978-0-521-56603-2Schimmel, Annemarie (2004), The Empire of the Great Mughals: History, Art and Culture, Reaktion Books , p. 22, ISBN 978-1-86189-185-3Balabanlilar, Lisa (15 January 2012), Imperial Identity in Mughal Empire: Memory and Dynastic Politics in Early Modern Central Asia , I. B. Tauris, p. 2, ISBN 978-1-84885-726-1Bose, Sugata Bose; Ayesha Jalal (2004). Modern South Asia: History , Culture, Political Economy. Routledge. p. 28. ISBN 978-0-203-71253-5. Babur ata tərəfdən Teymurilər sülaləsindən, ana tərəfdən isə Çingizlilər sülaləsindəndir. Baburun atası Əmir Teymurun nəvəsi olan Ömər Şeyx Mirzə Barlas idi."Mirza Muhammad Haidar". Silk Road Seattle. University of Washington. "On the occasion of the birth of Babar Padishah (the son of Omar Shaikh)" Baburun anası isə Çingizlilər nəslindən olan Yunus xanınThe Babur Nama in Englis, Zahiru'd-din Mubammad Babur Padshah Ghdzt, ANNETTE SUSANNAH BEVERIDGE qızı Qutluq Nigar xanım idi.Lal, Ruby (2005). Domesticity and power in the early Mughal world. Cambridge: Cambridge University Press. p. 69. ISBN 9780521850223.
Baburun ata tərəfdən mənsub olduğu Teymurilər sülaləsinin əsasını qoyan Əmir Teymur əslən barlas boyundandı. Barlaslar Orta Asiyada yaşayan türkləşmişEncyclopædia Britannica, "Timur" , Online Academic Edition, 2007. Quotation: "Timur was a member of the Turkicized Barlas tribe, a Mongol subgroup that had settled in Transoxania (now roughly corresponding to Uzbekistan) after taking part in Genghis Khan's son Chagatai's campaigns in that region. Timur thus grew up in what was known as the Chagatai khanate." …G. R. Garthwaite, "The Persians", Malden, ISBN 978-1-55786-860-2, MA: Blackwell Pub., 2007. (p.148 ) monqolB. F. Manz, The rise and rule of Tamerlan, Cambridge University Press, Cambridge 1989, p. 28: "… We know definitely that the leading clan of the Barlas tribe traced its origin to Qarchar Barlas, head of one of Chaghadai's regiments … These then were the most prominent members of the Ulus Chaghadai: the old Mongolian tribes — Barlas, Arlat, Soldus and Jalayir …"M. S. Asimov & C. E. Bosworth, History of Civilizations of Central Asia, UNESCO Regional Office, 1998, ISBN 92-3-103467-7, p. 320: "… One of his followers was […] Timur of the Barlas tribe. This Mongol tribe had settled […] in the valley of Kashka Darya, intermingling with the Turkish population, adopting their religion (Islam) and gradually giving up its own nomadic ways, like a number of other Mongol tribes in Transoxania …" boyu idi. Monqolların gizli tarixi () adlı əsərə görə barlaslar boruciginlərlə bir soydan gəlir. Karçar barlaslar barlas boyunun qurucu əcdadlarıdır. Monqolların gizli tarixi XIII əsrdə Ögedey xana yazılmış epik əsərdir. Bu əsərdə göstərilir ki, Karçar barlaslar eyni zamanda Çingiz xanın əcdadı olan əfsanəvi monqol lideri Bodonçirin nəslindən gəlir.The Secret History of the Mongols, transl. by I. De Rachewiltz, Chapter I