Ayşə Seyidmuradova (; ) — Krım tatarı olan insan hüquqları müdafiəçisi və aktivisti.
Həyatı 1937-ci ilin 11 fevralında Krımın Acı Eli kəndində Krım tatarı olan ailədə dünyaya gəlmişdir. O, uşaq yaşlarında ikən onun ailəsi və mənsub olduğu millət Mərkəzi Asiyaya deportasiya edilmişdir. Uşaq olsa da, bu deportasiyadan sağ qurtula bilən Seyidmuradova bundan sonra həyatına "xüsusi məskun" kimi davam etmişdir. Akademik göstəricilərinin çox yüksək olmasına baxmayaraq, deportasiyaya məruz qalmış millətin üzvü olmasına görə Səmərqənd Dövlət Universitetinə qəbul edilməmişdir. Etnik mənsubiyyətinə görə bu cür münasibətlə qarşılaşan Seyidmuradova bundan sonra Krım tatarları haqları müdafiəçisinə çevrilir və hərəkatın üzvü olur. Krım tatarlarına tətbiq edilmiş bəzi məhdudiyyətlərin aradan qaldırılmasına və Sovet rəhbərliyi ilə görüşməyə nail olduqdan sonra, o, Moskvada öz fəaliyyətinə davam etmişdir. Bu dövrdə onun fəaliyyətinin əsas istiqaməti Krım tatarlarına öz vətənlərinə — Krıma geri dönməyə icazə verilməsi idi. Bu haqq Krım tatarları ilə eyni dövrdə deportasiyaya məruz qalmış bir çox xalqa artıq verilmişdi.
Dəfələrlə Sovet hüquq-mühafizə orqanları tərəfindən həbs edilən Seyidmuradova təzyiqlərin davam edəcəyi təqdirdə özünü Qırmızı Meydanda yandıracağı ilə dövləti hədələdi. Onun fəaliyyəti bir digər insan haqları müdafiəçisi olan Andrey Saxarovun və amerikalı senatorun diqqətini çəkdi. Senator ona Sovet İttifaqından ABŞ-yə miqrasiya etmək üçün olan çətin prosesdə yardım etdi. Krım tatarlarının vətənlərinə geri dönməsinə icazə verilməsi ilə nəticələnən uzun siyasi döyüşlərdən sonra o, ABŞ prezidenti Ronald Reyqanla görüşmüş və bir çox insan haqları konfranslarında iştirak etmişdir.
Mükafatları İnsan haqları sahəsindəki fəaliyyətinə görə Ukraynanın "Cəsarət" ordeni ilə təltif edilmişdir.
Həmçinin bax Əbdürrəhim Rəşidov
Ədəbiyyat
İstinadlar
Kateqoriya:Krım tatarları Kateqoriya:SSRİ dissidentləri Kateqoriya:İnsan hüquqları aktivistləri Kateqoriya:ABŞ müsəlmanları Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:ABŞ vətəndaşlıq hüququnu almış şəxslər Kateqoriya:ABŞ aktivistləri Kateqoriya:SSRİ-də milli mənsubiyyətinə görə repressiyaya məruz qalanlar Kateqoriya:Ukrayna tarixçiləri Kateqoriya:XX əsr ABŞ qadınları Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər Kateqoriya:SSRİ-dən ABŞ-yə mühacirət edənlər