Quşçu — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Quşçu kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Oykonim türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir sıra başqa toponimlər vardır: Quşçu dağı (Şamaxı və Daşkəsən rayonları), Quşçu yol ayrıcı (Laçın rayonu), Quşçu qalası dağı (Laçın rayonu), Quşçular dağı (Xocavənd rayonu, Dağdöşü kəndi), Quşçunun yalı (Gədəbəy rayonu, Göyəli kəndi). Eyni zamanda bu topokomponent Orta Asiya (xüsusilə Türkmənistan), Ermənistan, Gürcüstan, Şimali Qafqaz, Türkiyə və Cənubi Azərbaycan ərazisində də yayılmışdır. Ermənistan ərazisindəki quşçu etnonimi ilə bağlı yer adları (sonuncu 1946-cı ildə ləğv olunub) dəyişdirilmişdir. XIX əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Quşçu etnonimi ilə bağlı toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman edilir.
Tarixi 300 px|thumb|right|487-ci ildə inşa edilmiş Müqəddəs tərcüməçilər monastırı 21 dekabr 2012-ci il tarixli "Gəncə şəhərinin və Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu"na görə Quşçu kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçu kəndinin ərazisindən 56,07 ha (bundan dövlət mülkiyyətində olan 2,5 ha, bələdiyyə mülkiyyətində olan 10,0 ha və xüsusi mülkiyyətdə olan 43,57 ha) torpaq sahəsi Gəncə şəhər Nizami rayonunun inzibati ərazisinə verilmişdir.
Tarixi abidələri Quşçu kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi211Monastır487-ci ilQuşçu kəndiMemarlıqÖlkə4189Kilsə1850-ci ilQuşçu kəndiMemarlıqYerli
Coğrafiyası və iqlimi Kənd Kiçik Qafqaz dağlarının yamacında yerləşir.
Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999200597410312009↗2075↗1057↘1018
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə Quşçu kəndində süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Bundan başqa kənddə "Ağbaba" kəndli təsərrüfatı da fəaliyyətdədir.
Mədəniyyəti Kənddə 1 №-li və 2 №-li Quşçu kənd kitabxana filialları, Quşçu kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Təhsil Kənddə Daşkəsən rayon Quşçu kənd Ə. İsmayılov adına tam orta məktəb fəaliyyət göstərir.
Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə Kənddə Quşçu kənd həkim məntəqəsi yerləşir.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:Daşkəsən rayonunun kəndləri Kateqoriya:Quşçu (kənd, Daşkəsən) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri