Jak Klod Marye Vinsent de Qurne (; ) - Fransız iqtisadçı, ticarət intendantı. Bəzi iqtisadiyyat tarixçiləri laissez faire, laissez passer () ifadəsini onun kəşf etdiyini düşünürlər. Bu ifadənin əsasları Fransa dövləti kölə ticarəti ilə bağlı Vest-Hind şirkətindəki imtiyazından-inhisarçılığından ayrılanda qoyulmuşdu. Qurne, həmçinin, "bürokratiya" terminin də banisi hesab olunur. O, Fransua Kene ilə birlikdə Fiziokratiya məktəbinin lideri olaraq hesab edilir.
Həyatı Qurnenin atası Klod Vinsent Sen-Maloda tacir, həmçinin kralın katibi idi. Qurne çox yazmasa da, onun çoxlu vacib nəzəriyyəçilərlə apardığı söhbətlər Fransa iqtisadiyyat məktəbinin inkişaf etməsində mühüm rol oynamışdır. O, Riçard Kantilyonun əsərinin Fransada məşhurlaşmasına kömək etmiş əsas vasitəçilərdən biri idi.
Qurne 1751-ci ildə ticarət intendantı olaraq təyin edildi. Onun vəzifədə olduğu müddətdə əsas mövzularından biri hökumət müdaxilələrinə müxalif olmaq olmuşdu. Çünki Qurneyə görə, belə müdaxilələr ticarətin inkişafını dayandırırdı. O, vəziyyəti təsvir etək üçün bureaucratie (hərfi mənası:yazı masaları üzrə hökumət) terminindən istifadə etdi. Qurenin ticarətə hökumət müdaxiləsinə olan nifrəti ardıcılı Türqoya təsir etmişdi.
İrsi Sen-Maloda bir küçəyə onun adı (Rue Vincent-de-Gournay) verilmişdir.
İstinadlar
Kateqoriya:Fransa iqtisadçıları Kateqoriya:Parisdə vəfat edənlər