Elnur Ceerov oğlu Qebedov () — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Vətən Müharibəsi Qəhrəmanı.

Həyatı Elnur Qebedov 1978-ci ildə Balakən rayonunun Qazma kəndində anadan olub. 1984-1995-ci illərdə Qazma kənd 1 nömrəli orta məktəbini əla qiymətlərlə bitirib. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olunur. Təhsil müddətində o taqım komandirinin müavini vəzifəsində xidmət edir. 1999-cu ildə məktəbi qırmızı diplomla bitirib hərbi xidmətə başlayır.

Ailəlidir, 3 övladı var.

Hərbi xidməti 2020-ci il sentyabrın 27-də İkinci Qarabağ müharibəsi zamanı döyüşlərin idarə edilməsində iştirak edən komandirlərdən biri olub.

Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur Qebedov "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

İrsi və xatirəsi 2024-cü il mayın 16-da İctimai Televiziyanın "Heç kim unudulmur, heç nə yaddan çıxmır" verilişinin növbəti seriyası Elnur Qebedova həsr edilmişdir.Səma keşikçisi, Vətən Müharibəsi Qəhrəmanı Elnur Qəbədov

Təltifləri 50px — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı 50px — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı 50px — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı 50px — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı 50px — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı 50px — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı 50px (9 dekabr 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı (2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

İstinadlar

Kateqoriya:Balakən rayonunda doğulanlar Kateqoriya:Heydər Əliyev adına Hərbi İnstitutun məzunları