Yeddi bacı 1940-cı illərin ortalarından 1970-ci illərin ortalarına qədər dünya neft sənayesində hakim olan Anqlo-Fars Neft Şirkətinin (Anglo-Persian Oil Company) oliqapoliya və ya kartelinə verilən ümumi addır. Adın biznes mühitində istifadəsi 1950-ci illərdə İtalyan dövlət neft şirkəti Eninin rəhbəri olan iş adamı Enriko Mattei tərəfindən populyarlaşdı. Sənaye qrupu aşağıdakılardan ibarət idi:

Anqlo-Fars Neft Şirkəti (hazırkı BP) Royal Dutch Shell Standard Oil Company of California (hazırkı Şevron) Gulf Oil Texaco Standard Oil Company of New Jersey (sonralar Exxon indi ExxonMobilin tərkibindədir) Standard Oil Company of New York (sonralar Mobil indi ExxonMobilin tərkibindədir)

1973-cü il Neft Böhranından əvvəl Yeddi bacı dünyanın neft ehtiyatlarının 85 faizinə nəzarət edirdi. O vaxtdan bəri, sənayenin üstünlüyü inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında OPEC kartelinə və dövlətlərə məxsus neft və qaz şirkətlərinə keçdi. Bunlara Saudi Aramco, Qazprom (Rusiya), China National Petroleum Corporation, National Iranian Oil Company, PDVSA (Venesuela), Petrobras (Braziliya) və Petronas (Malaziya) daxil idi. Financial Times onları yeni Yeddi bacı adlandırmışdı.

Orijinal 7 bacı ŞirkətÖlkə ƏlavəAnglo-Iranian Oil Company Bu şirkət sonralar BP oldu.Gulf Oil 1984-cü ildə Şevrona daxil oldu. Gulf Oil-in daha kiçik hissələri BP və Cumberland Farms tərəfindən alınmışdır. ABŞ-nin şimal-şərqindəki xidmət stansiyaları şəbəkəsi hələ də Gulf adını daşıyır.Royal Dutch Shell / Standard Oil of California (SoCal) 1984-cü ildə Şevrona daxil olduStandard Oil Co. of New Jersey (Esso) Sonralar Exxona (ExxonMobil) çevrildiStandard Oil Co. of New York (Socony) Sonralar Mobilə (ExxonMobil) çevrildiTexaco 2001-ci ildə Şevron tərəfindən alındı.

İstinadlar

Kateqoriya:Neft şirkətləri Kateqoriya:Neft Kateqoriya:Neft iqtisadiyyatı