Ruhin Xəlilov (; ) — Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçisi, Birinci dərəcəli dövlət qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı Xəlilov Ruhin Müzəffər oğlu 13 mart 1987-ci ildə Cəbrayıl rayonu Məzrə kəndində anadan olmuşdur. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbini bitirmişdir. Bakı Asiya Universitetinin hüquq fakültəsində bitirmişdir.

Fəaliyyəti

Əmək fəaliyyəti Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışıb. Birinci dərəcəli dövlət qulluqçusu olub. Ədliyyə kapitanı idi.

Hərbi xidməti İkinci Qarabağ müharibəsi başlayan gündən könüllü olaraq Cəbrayıl rayon hərbi komissarlığına müraciət edib. Ruhin Xəlilov 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. İkinci fəxri xiyabanda dəfn edilmişdir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruhin Xəlilov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Təltifiləri 50px (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)

Azərbaycan Respublikasının Ədliyyə naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin "Fəxri Ədliyyə İşçisi" adı verilmişdir.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar