Treçento ( - hərfi mənada üç yüz, eləcə də 1300-cü illər) - XIV əsr incəsənətinin İtalyan dilində qəbul edilmiş adı.

İncəsənət və mədəniyyət tarixində "treçento" termini italyan intibah incəsənətinin müəyyən dövrünü - protorenessansı təsvir etmək üçün istifadə edilir. Treçento dövrünün aparıcı bədii incəsənət növü rəssamlıq idi: buna ən tipik nümunə kimi Siena rəssamlıq məktəbini göstərə bilərik. Bu dövrdə görkəmli florensiyalı, realistik cərəyanın banisi Cotto di Bondone də fəaliyyət göstərirdi.

Treçento ədəbiyyatında humanizmə dönüş baş verdi: Dante, Petrarka, Bokkaçço yaşayıb yaradırdılar.

"İntibah" prosesləri həmçinin italyan musiqisində də baş verirdi. Tarixçilər bu dəyişiklikləri həmin dövrdə Fransadakı proseslərlə birləşdirərək "Ars nova" adlandırırlar.

Həmçinin bax

Duçento Kvattroçento Çinkveçento Seiçento

Ədəbiyyat

Kateqoriya:XIV əsrdə İtaliya Kateqoriya:Mədəniyyət tarixi Kateqoriya:XIV əsr Kateqoriya:İtaliya incəsənəti Kateqoriya:İncəsənət tarixi Kateqoriya:İntibah dövrü Kateqoriya:Orta əsrlər mədəniyyəti Kateqoriya:İtalyan intibah rəssamları Kateqoriya:İntibah incəsənəti