David Kldiaşvili ( ; ) — Gürcü yazıçı.Большая советская энциклопедия. Гл. ред. Б. А. Введенский, 2-е изд. Т. 21. Кинестезия — Коллизия. 1953. 628 стр., илл.; 52 л. илл. и карт.Большая советская энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 12. Кварнер — Коигур. 1973. 624 стр., илл., 35 л. илл. и карт. Roman və pyeslərində Gürcüstandakı kəndli əhalinin səfil vəziyyətdə yaşamasını, gürcü cəmiyyətinin ziddiyyətlərini, ölkənin zadəgan ailələrinin getdikcə yox olmasını və s. kimi məsələləri qeyd etmişdir.
Həyatı Rusiya imperiyasının Gürcüstan əyalətinin İmereti bölgəsindəki Zeda Simoneti adlı kənddə anadan olmuşdur. Ailəsi Gürcüstanın keçmiş zadəgan ailələrindən olmuşdur, lakin sonradan yoxsullaşmışdır. Kiyev və Moskva şəhərlərindəki hərbi məktəblərdə təhsil almışdır. Gürcüstana qayıtdıqdan sonra Rusiya ordusunda hərbi xidmətə başlamışdır. Batumi şəhərində xidmət etdiyi dövrdə şəhərdəki yerli ziyalılar ilə yaxın əlaqələr qurdu və mədəni işlərə qatılmağa başladı. Bu səbəbdən Rusiya ordusu tərəfindən etibar edilməyən zabitlər siyahısına salındı və Rusiyada 1905-1907-ci illər inqilabı ərəfəsində ordudan istefa vermək məcburiyyətində qaldı. Birinci Dünya müharibəsi dövründə yenidən orduya çağırıldı və Osmanlı ilə sərhəddə xidmət etməyə başladı. 1915-ci il Fevral inqilabından sonra ordudan tərxis edildi və Gürcüstana geri döndü. Bu dövrdə səhhətində problemlər yaranmağa başlamışdı.
Əsərləri David Kldiaşvili ən yaxşı əsərlərini yazıçı fəaliyyətinin ilk illərində yazmışdır. Yazıçının Kiyevdə yaşadığı dövrlərdə gürcü dilini unutması və yenidən öyrənməyə məcbur olması ilə bağlı məlumatlar mövcuddur. Yazıçının tərcümələri və əsərləri 1880-ci ildən etibarən gürcü mətbuatında dərc olunmağa başlanılmışdır. İlk böyük romanı olan "Solomon Morbeladze"ni () 1894-cü ildə yazmışdır. Ardınca 1897-ci ildə "Samanişvilinin ögey anası" (), 1900-cü ildə "Kamuşadzenin bədbəxtlikləri" (), 1910-cu ildə "Rüstəm Maşvelidze" (), 1920-ci ildə isə "Bakulanın donuzları" () və s. digər romanları qələmə almışdır. Həmçinin 1840-cı illərin Fransız komediyalarına bənzəyən "İrina səadəti" () və "Darispannın bədbəxtlikləri" () adlı pyeslər də qələmə almışdır. David Kldiaşvili 1930-cu ildə Gürcüstan SSR-nin Xalq Yazıçısı adına layiq görülmüşdür.Клдиашвили Давид Самсонович в Большой Советской Энциклопедии
1931-ci ilin 24 aprelində, 68 yaşında vəfat etmişdir. Tiflis şəhərində dəfn edilmişdir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Gürcüstan dramaturqları Kateqoriya:SSRİ yazıçıları Kateqoriya:Gürcüstanın xalq artistləri Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Rusiya imperiyası yazıçıları