Qaz boşalması — qazlardan elektrik cərəyanı keçdikdə baş verən proseslər toplusu. Tipik olaraq, nəzərəçarpacaq cərəyanın axını yalnız qazın kifayət qədər ionlaşmasından və plazmanın formalaşmasından sonra mümkün olur.Юрий Петрович Райзер. Физика газового разряда. Изд. 3-ое, доп. и перераб. — Долгопрудный: Издательский дом: "Интеллект", 2009.
Qazlar adi şəraitdə neytral atom və molekullardan təşkil olunduğu üçün dielektrikdir - elektrik cərəyanını keçirmir. Qazı keçirici etmək üçün onu ionlaşdırmaq lazımdır.
İonlaşma — neytral qaz atomunun (və ya molekulunun) elektron itirməsi və ya alması hesabına iona çevrilmə prosesidir.
Elektronu neytral atomdan qopararaq onu müsbət iona çevirmək üçün elektron ilə nüvə arasında mövcud olan Kulon qarşılıqlı cazibə qüvvəsinə qarşı iş görülməlidir.
Elektronu neytral atomdan qoparmaq üçün zəruri olan minimum enerji ionlaşma enerjisi (Wi) adlanır.
Qazm ionlaşdınlması müxtəlif üsullarla həyata keçirilə bilər:
mühitə yanacaq alovu daxil etməklə (alovun tərkibi böyük miqdarda müsbət və mənfi ionlardan ibarətdir);
- qazı ionlaşdıra biləcək yüksək temperatura (105K dən yüksək) qədər qızdırmaqla. Buna termik ionlaşdırma deyilir;
- qazı rentgen, radioaktiv və kosmik şüalarla şüalandırmaqla;
- qazda güclü elektrik sahəsi yaratmaqla.
İonlaşmış qazın olduğu fəzada elektrik sahəsi yaradılarsa, qazdan elektrik cərəyanı keçər - qaz boşalması baş verər. Qaz boşalmasının iki növü var: qeyri-müstəqil boşalma və müstəqil boşalma.http://e-derslik.edu.az/books/282/units/unit-1/page71.xhtml
Alovsuz qaz boşalması Alovsuz qaz boşalması qaz boşalmasının bir növüdür.
thumb|Neon lampalarda alovsuz qaz boşalması istifadə olunur Alçaq təzyiqlərdə (10−2−10−3 mm c.süt.) baş verir. Elektrodlar arasındakı gərginlik bir neçə yüz volt olmalıdır. Alovsuz qaz boşalması neon işıqlarda, reklam lampalarında, qaz lazerlərində və eyni zamanda ündüz işığı lampalarında istifadə olunur. Qazın rəngindən asılı olaraq, alovsuz boşalmanın da rəngi müxtəlif cür olur.
Məsələn, müxtəlif qazların qarışığı olan hava-moruğu, arqon-göyümtül yaşıl, firuzəyi rəngə çalan işıq verir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qazlar Kateqoriya:Plazma fizikası Kateqoriya:Qaz boşalması