Neftçala Tarix-Diyarşünaslıq Muzeyi — 1980 ci ildən fəaliyyət göstərir. Muzey 3 şöbədən ibarətdir. Muzeyin ümumi sahəsi 800 m²-dir.

Mzeyin eksponatları Neftçala Tarix-Diyarşünaslıq Muzeyinin ümumi fondunda 16749 ədəd eksponat var. Əksər eksponatların tarixi 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə təsadüf edir. Bunlardan 12443 ədədi əsas, 4306 ədədi elmi köməkçi fonda aiddir. Muzeyin 560 kv m-ni ekspozisiya zalları təşkil edir. Muzey rayonun təbiətini, qədim dövrdən müasir dövrə qədərki tarixini əks etdirir. Muzeyin ekspozisiyası 11 zalda nümayiş etdirilir: I zal rayonun təbiətini; II zal Azərbaycan və Neftçalanın qədim dövr tarixini; III zal Azərbaycanın və rayonun erkən orta əsrlər dövr tarixini; IV zal Azərbaycanın və rayonun orta əsrlər tarixini; V zal Azərbaycanın və rayonun son orta əsrlər tarixini; VI zal Azərbaycan tarixinin 1918–20-ci illər tarixini- AXC dövrünü; VII zal Azərbaycanın və Neftçalanın XX əsrin 30–40-cı illərini; VIII zal Böyük Vətən müharibəsi dövrünü; IX, X, XI zallar isə Azərbaycan və Neftçalanın müasir dövrünü əks etdirir. Muzeydə rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablar və başqa eksponatlar nümayiş etdirilir.

Həmçinin bax Neftçala Neftçala rayonu Neftçala bələdiyyələri

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Neftçala Kateqoriya:Azərbaycandakı tarix-diyarşünaslıq muzeyləri Kateqoriya:1980-ci ildə yaradılmış muzeylər