Ayrım — Kəlbəcər rayonu ərazisində çay.

Ümumi məlumat Ayrım çayı Tərtər çayının qoludur. Etnohidronimdir. XIX əsrə qədər çayın sahilində Ayrım binəsi olmuşdur. Çay öz adını həmin binənin adından almışdır. Sonralar binənin yerində Aşağı Ayrım kəndi salınmışdır. Ayrım və ya Ayrum Kiçik Qafqazda yaşamış Azərbaycanlıların qədim etnoqrafik adıdır.

Həmçinin bax Azərbaycan çayları

İstinadlar

Kateqoriya:Azərbaycan çayları Kateqoriya:Kəlbəcər rayonu çayları