Henrix Lemann-Villenbrok () — Alman dəniz zabiti və İkinci Dünya müharibəsi dövründə U-boot komandiri.
İkinci Dünya müharibəsinin başlamasından beş ay əvvəl, Seekadett rütbəsində, 1931-ci ilin aprelində Reichsmarineə daxil oldu. 1931-ci ilin oktyabrında Dənizçilik Akademiyasının kursantı oldu. 1 aprel 1935-ci ildə leytenant rütbəsi aldı. U-8 sualtı gəmisində köməkçi zabit vəzifəsini icra etdikdən sonra kapitan vəzifəsinə yüksəldildi və 1939-cu ilin aprelində sualtı donanmaya transfer edildi. 1939-cu ilin dekabrında U-5 komandanlığını aldı.
1940-cı ilin payızında VIIC tipli sualtı qayıq U-96-ya komandanlıq etdi. 23 oktyabr 1944-cü ildə Norveçin Bergen şəhərinə gəldi. Orada Flottillenchefə təyin edildi. Dekabr ayından Almanların təslim olduğu 9 may 1945-ə qədər Norveçdə 11-ci Unterseebootsflottilledə xidmət etmişdir.
Bir illik əsirlikdən sonra, 1946-cı ilin mayında Almaniyaya qayıtdı və Reyndə gəmi xilasetmə işinə başladı. Müharibədən sonra bir sıra ticarət gəmilərinin kapitanı vəzifəsini icra etmişdir. 1969-cu ildə Almaniyanın yeganə nüvə mühərrikli yük gəmisi olan NS Otto Hahn gəmisinin kapitanı oldu.
1979-cu ildə çəkilən və 1981-ci ildə efirə buraxılan Sualtı qayıq filmində Jürgen Prochnow tərəfindən canlandırılmışdır. Bu film üçün məsləhətçi işləmişdir. Daha sonra Bremendəki evinə qayıtdı və ölənə qədər orada qaldı.
İstinadlar