Abdullah ibn Ömər (; ) — Məhəmməd peyğəmbərin mühəddis və fəqih səhabələrindən. O, ikinci xəlifə Ömər bin Xəttabın oğludur.
Həyatı Abdullah bin Ömər Məkkədə, peyğəmbərin Yəsribə hicrət etməsindən 10 il əvvəl dünyaya gəlmişdir. Abdullahın anası Zeynəb bint Məzun əl-Cəmhidir.
Abdullahh bin Ömər həddi buluğa çatmamış, kiçik yaşlarında atası ilə birlikdə Məkkədə İslamı qəbul etmişdir. Sonra atası ilə hicrət etmişdir. Hicrət edən kimi müsəlmanlara birləşib, Məhəmməd peyğəmbərə qoşulur və digər sahəbələrlə birlikdə onun ətrafında birləşir.
Ən çox fətva verənlərdən biri olmuşdur. Həmçinin, Məhəmməd peyğəmbərin hədislərini ən çox əzbərləyib nəql edənlərdən biri olmuşdur. İbn Ömər Məhəmməd peyğəmbərin sünnəsinə ən çox təqlid edən və o Məhəmməd peyğəmbərin yolunu izləyən biri olmuşdur. Habelə, o, Mədinə şəhərində hədis və fətva öyrənən tələbələrin, sədəqə verməqdə səxavəti və dünyadaki zahidliyi tanıqdıqdan sonra isə mallarını Allah yolunda xərcləyən tələbələrin qibləsi olmuşdur. İbn Ömər Məhəmməd peyğəmbərlə birgə bir neçə döyüşlərdə iştirak etmişdir. Sonralar, peyğəmbərin vəfatından sonra Şam, İraq, Fars ölkəsi, Misir və Afrikanın fəth edilməsində iştirak etmişdir.
İstinadlar
Kateqoriya:Səhabə hədis raviləri Kateqoriya:Səhabələr Kateqoriya:Əhli-süffə Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Ərəb müsəlmanları