Üzümçülər – Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində qəsəbə.

Üzümçülər qəsəbəsi 1986-cı ildə Ağyazı adlı yerdə uzümçülük sovxozu fəhlələri üçün salınmışdır. Ona görə də "Üzümçülər" adlandırılmışdır.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.

İstinadlar

Kateqoriya:Zəngilan rayonunun qəsəbələri Kateqoriya:1986-cı ildə yaranan yaşayış məntəqələri