Qeorqiy İvanoviç Jarkov () — sovet futbolçusu, məşqçi. Futbolçu kimi hücumçu mövqeyində çıxış etmişdir. Jarkov qardaşlarının ən böyüyüdür (Viktor və Vasili).

Sovet İttifaqı Kommunist Partiyası üzvü olubМатериалы из архива ЗИЛа. Часть 6 Torpedo klubunun paylaşımı. 26 fevral 2014-cü il.

Bioqrafiya

Futbolçu karyerası Karyerasına 1930-cu ildə Noqinskin "Krasnoye Znamya" komandasında oynamaq ilə başlayıb. Daha sonra "Dinamo" (1936–1938 (iyun)), "ÇDKA" (1938 (iyul)), "Torpedo" (1939–1940), (1941 (iyul)-1951), "Profsoyuzı-2" (1941 (iyun)) klublarında çıxış edib.

SSRİ çempionatlarında 191 qarşılaşma keçirib və 63 qol vurub. 1941-ci ildə isə 6 matça 1 qol vurub.

Kombinasiya planının oyunçusu idi. Jarkov həm də yaxşı taktiki qabiliyyətə sahib idi, tərəfdaşlarla məharətlə qarşılıqlı əlaqə qura bilirdi. Zərbələri sağ ayağı ilə vururdu. Futbolçu karyerasında müxtəlif texnika və hücum üsullarından istifadə edib. Onun verdiyi ötürmələrdən Pyotr Petrov və Aleksandr Ponomaryov bir çox qol vurublar.

Məşqçi karyerası "Torpedo" (Moskva): Məşqçi (1952–54) və baş məşqçi (1962) SSRİ İdman Komitəsinin futbol şöbəsi: Dövlət məşqçisi (1955–1957 may) "Zenit" (Leninqrad): Baş məşqçi (1957 iyul-1960 avqust). 1958-ci ildə Jarkovun rəhbərliyi altında "Zenit" milli çempionatda 4-cü yeri tutubzenit-history.ru saytında profili . Jarkovun çalışdığı dövrdə "Zenit"in gələcək liderləri komandada yer alıblar — Lev Burçalkin, Vadim Xrapovitski, Anatoli Derqaçyov, Nikolay Ryazanov, Yuriy Morozov. "Lokomotiv" (Moskva): Məşqçi (1961) "Serp və Molot" (Moskva): Baş məşqçi (1963) "Ararat" (İrəvan): Baş məşqçi (1964) "Uralmaş" (Sverdlovsk): Baş məşqçi (1969) Moskva Dövlət Univirsiteti: Bədən tərbiyəsi kafedrasının müəllimi (70-ci illər) "Neftçi" (Bakı): Baş məşqçi (1972 iyul)

Moskvadakı Vaqankovo qəbiristanlığının 4-cü hissəsində dəfn edilib.

Nailiyyətləri SSRİ çempionatının 3-cü medalçısı: 1945 SSRİ Kubokunun qalibi: 1949 SSRİ Kubokunun finalçısı: 1947

İstinadlar

Xarici keçidlər Bioqrafiya faktları

Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Neftçi PFK məşqçiləri Kateqoriya:Vaqankovo qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:ÇSKA Moskva FK futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:Moskva Dövlət Universitetinin müəllimləri