Trunov rayonu () — Rusiya Federasiyası, Stavropol diyarının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Donskoe kəndidir. Əhalisi 30 449 nəfərdir (2020).

Coğrafiyası Rayon Stavropol diyarının şimal-qərb hissəsində yerləşir. Petrovski, Şpakovski, Krasnoqvardeyski, Qraçyovski, İzobilnenski və İpatovski rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 168,5 min hektardır. Ən yaxın dəmir yolu stansiyası İzobilnoye Donskoedən 25 km məsafədə yerləşir.

Rayonun iqlim kontinentaldır. Böyük Yeqorlık, Taşla, Böyük Kuqulta, Kiçik Kuqulta çayları ərazidən axır. Tuquluk çayı isə yayda quruyur. Bu torpaqlardan Pravoyeqorlık kanalı keçir. Torpaqları qara, qumlu-gilli, bəzi yerlərdə isə gillidir. Ərazisində çöl bitkiləri üstünlük təşkil edir. Meşə qurşağı var, kiçik meşələrə rast gəlinir.

Tarix 1924-cü ildə Stavropol quberniyasında gələcək Trunov rayonunun ərazisini əhatə edən bir qəza qurulur. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin 23 yanvar 1935-ci il tarixli Qərarı əsasında Trunov qəzasının ərazisi Stavropol dairəsindən ayrıldı və Trunov rayonu quruldu. Rayon Stavropol diyarında vətəndaş müharibəsi qəhrəmanı - Konstantin Arxipoviç Trunovun şərəfinə adlandırılmışdır. Qəhrəmanın doğma kəndi onun adını daşıyır. Trunovun doğulduğu Ternovskoye kəndi (əvvəlki adı Novoqeorqievskoye) Trunovskoye kəndi olaraq dəyişdirildi və rayon mərkəzi təyin edildi.

19 yanvar 1943-cü ildə Trunov rayonu nasist işğalçılarından azad edildi

20 iyun 1957-ci ildə Dmitrievski rayonu ərazinin İpatovski, Trunov və Molotov rayonlarına verilməsi ilə ləğv edildi.

1963-cü ildə RSFSR Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə rayon ləğv edildi və ərazisi İzobilnenski və Şpakovski rayonlarına daxil edildi. 1970-ci ilin dekabrında rayon bugünkü sərhədləri daxilində bərpa edildi.

16 mart 2020-ci il tarixdən etibarən Stavropol diyarının 31 yanvar 2020-ci il tarixli 14-kz saylı qanununa uyğun olaraq Trunov inzibati dairəsinin bütün bələdiyyələri vahid bələdiyyə forması olan Trunov bələdiyyə dairəsinə birləşdirildi.

Ərazi vahidi statusunu qorudu.

Əhali Cins tərkibi

2010-cu il Ümumrusiya əhalisinin siyahıyaalınmasının nəticələrinə görə, rayonda 16 247 kişi (47,01 %) və 18 311 qadın (52,99 %) yaşayırdı.

Milli tərkib 2010-cu il əhalinin siyahıyaalınmasının nəticələrinə görə rayonda aşağıdakı millətlərin nümayəndələri yaşayırdı: Milliyyət sayları faiz ruslar 28 649 82,90 ermənilər 1772 5,13 yezidilər 721 2,09 qaraçılar 520 1,50 çeçenlər 421 1,22 ləzgilər 414 1,20 digərləri 2061 5,96 Ümumi 34 558 100,00 Yaşayış məntəqələri Rayonun və müvafiq şəhər dairəsinin ərazisi 15 yaşayış məntəqəsini əhatə edir.

İstinadlar

Mənbə