İran Xarici İşlər Nazirliyi (Farsca: وزارت امور خارجه Ro: Vezārat-e Omūr-e Kharejeh) İran hökumətinin bir nazirliyidir. Nazirliyin rəhbəri İran Hökumət Kabinetinin üzvü olur. Keçmiş Xarici İşlər Naziri vəzifəsini 13 dekabr 2010-cu ildən səlahiyyətlərinin icrasına başlayan Əli Əkbər Salehi icra etmişdir. Hazırkı Xarici İşlər Naziri, 15 Avqust 2013 tarixində Prezident tərəfindən namizəd göstərildikdən sonra Məclis tərəfindən təsdiqlənən Məhəmməd Cavad Zərifdir. Mərkəzi Tehranın Bağ-i Meli səmtindədir. İndiki mətbuat xidmətinin katibi Səid Xətibzadədir.

Nazirlər və səlahiyyətliləri

Mirzə Əbdülvahab Xan — İranın ilk xarici işlər naziri 1821-1823-cü illərdə XİN-i vəzifəsini yerinə yetirmiş şəxs. Əli Əkbər Salehi — Məhəmməd Cavad Zərif — 15 Avqust 2013 Hüseyn Əmir Abdullahiyan — Seyid Abbas Əraqçi —

Müəyyənləşdirilmiş vəzifələr 5 sentyabr 2013-cü ildən etibarən Nazirlik, daha əvvəl İran Ali Milli Təhlükəsizlik Şurası tərəfindən həyata keçirilmiş İranın nüvə proqramı ilə bağlı hərtərəfli razılaşmanın müzakirəsinə cavabdehdir.

Binaları Nazirliyin hal-hazırkı binası 1939-cu ildə tikilib.

Həmçinin bax Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (İran) İstinadlar

Kateqoriya:İran Kateqoriya:İran tarixi