Dürand xətti (, ) — Cənubi-Mərkəzi Asiyada Əfqanıstan ilə Pakistan arasında beynəlxalq 2670 kilometrlik (1,660 mil) sərhəd. Böyük Britaniyanın Britaniya Hindistanını genişləndirməyə çalışdığı üç ingilis-əfqan müharibəsi nəticəsində meydana gəlmişdir. Bu xətt Əfqan Əmiri Əbdürrəhman xan və Hindistan Müstəmləkə İdarəsinin katibi Ser Mortimer Dürand arasında 1893-cü ildə aparılan danışıqlar nəticəsində yaranmışdır. Əfqanıstan hökuməti onu sərhəd kimi tanımaqdan imtina edir.

XIX əsrin ortalarında Çar Rusiyasının Mərkəzi Asiyanı ələ keçirməsindən sonra Britaniya İmperiyası üçün həyəcan təbili çalınırdı. Britaniya əsas müstəmləkəsi olan Hindistana Çar Rusiyanın yaxınlaşmasını ciddi təhlükə olaraq görürdü. Hindistanı qorumaq üçün Əfqanıstan ideal bufer zona idi. Əfqanıstanın dağlarından zəngin Hindistan ovası yüksəkdən görünürdü və ona görə də buranın çox böyük strateji əhəmiyyəti var idi. Bu geostrateji mübarizə "Böyük Oyun" adlandırılan paylaşım mübarizəsinin əsas parçalarından biri idi. Britaniya İmperiyası Əfqanıstan-müstəmləkə Hindistan arasında rəsmi sərhədlər yarada bilməmişdi. İkinci Əfqan-Britaniya müharibəsində əfqanların məğlub olmasından sonra 1893-cü ildə Əfqanıstan-Britaniya Hindistanı arasında sərhəd xətti müqaviləsi razılaşdırılır. Müqaviləyə Britaniya tərəfdən xarici işlər katibi Mortimer Durand imza atır və 2640 km-lik sərhəd xətti onun adını daşıyır. Durand xətti regionun ən böyük millətlərindən biri olan paştunların yaşadığı, Paştunistan adlı regionu iki yerə ayırırdı. Bu da, gələcəkdə yaşanacaq bir çox problemlərin bünövrəsini təşkil etdi. Vəziristanlılar və digər qəbilələr, Əfqanıstan İngilislərlə sülh müqaviləsi imzaladıqdan sonra da İngilis işğalına müqavimət göstərməyə davam etdilər.

1893-cü il 12 noyabr tarixli bir səhifəlik müqavilədə Dürand xətti xaricində müdaxilə etməmək öhdəliyi də daxil olmaqla yeddi qısa məqalə var. 1894-cü ildən başlayaraq sərhədin təxminən 800 milini (1300 km) əhatə edən ingilis-Əfqan ortaq demarkasiya xətti çəkildi."The total length of the boundary which had been delimited and demarcated between March 1894 and May 1896, amounted to 800 miles." The long stretch from the Kabul River to China, including the Wakhan Corridor, was declared demarcated by virtue of its continuous, distinct watershed ridgeline, leaving only the section near the Khyber Pass, which was finally demarcated in 1921: An adjustment to the demarcation was made at Arundu in the early 1930s: İngilis-Rusiya "Böyük oyun" un sonlarına doğru qurulan bu xətt Əfqanıstanı bölgədəki İngilis və Rusiya maraqları arasında bufer zonası olaraq təyin etdi. 1919-cu il İngiltərə-Əfqanıstan müqaviləsi ilə bir qədər dəyişdirildisə də, bu xətt 1947-ci ildə Hindistanın bölünməsindən sonra Pakistana miras qaldı.

Dürand xətti sərhədin hər iki tərəfində yaşayan etnik puştunları ikiyə bölərək Pakistan və Əfqanıstandan keçir. Pakistanın şimal və qərbindəki Hayber-Paxtunxva və Bəlucistanı və Gilgit-Baltistanı Əfqanıstanın şimal-şərq, şərq və cənub əyalətlərindən ayırır. Xəttin Qərb ucu İran, şərq ucu isə Çinin qərbindədir. Geopolitik və geostrateji baxımdan, 1980-ci illərdən bəri qaçaqmalçılıq və terrorizmə görə dünyanın ən təhlükəli sərhədlərindən biri kimi təsvir edilmişdir.

Dürand xətti beynəlxalq səviyyədə Pakistanın qərb sərhədi kimi tanınsa da, Əfqanıstan tərəfindən böyük ölçüdə tanınmamış qalır. Keçmiş baş nazir və daha sonra Əfqanıstanın prezidenti Sərdar Məhəmməd Daud Xan sərhədin bu xətlə olmasına qarşı çıxmış və məsələyə yenidən baxılması üçün mübarizə aparmışdır. Lakin 1976-cı ilin avqust ayında Pakistana rəsmi səfəri zamanı Dürand xəttini beynəlxalq sərhəd kimi tanıyaraq mövqeyini yumşaltmışdır. 2017-ci ildə sərhədlərarası gərginliklər fonunda Əfqanıstanın keçmiş prezidenti Həmid Karzai Əfqanıstanın Dürand xəttini iki ölkə arasındakı beynəlxalq sərhəd olaraq “heç vaxt tanımayacağını” söyləmişdir.

Tarixi 250px|thumb|right|Araxosiya və Paktas eramızdan əvvəl I minillikdə. Dürand xəttinin keçdiyi ərazidə ən qədim dövrlərdən bəri ən azı e.ə. 500-cü ildən bəri yerli puştunlar tərəfindən məskunlaşmışdılar. Yunan tarixçisi Herodot Eramızdan əvvəl 1-ci minillikdə Araxosiyada və ətrafında yaşayan paktyanlar adlı bir xalqdan bəhs etmişdir. Bəluc tayfaları etnik bəluc xalqını bir-birindən ayıran Bəlucistan bölgəsindən keçən xəttin cənub hissəsində yaşayırlar.

Ərəb xilafəti VII əsrdə bölgəni fəth etdi və puştunlara İslamı tanıtdı. Yürüş edən ərəblərdən bir qisminin də Süleyman dağlarındakı puştunlar arasında məskunlaşdığı fərziyəsi də mövcuddur. Qeyd etmək lazımdır ki, bu puştunlar tarixən "əfqan" olaraq bilinir və X əsrdə ərəb salnamələrində bu adla xatırlanırlar. Puştun bölgəsi (bu gün "Puştunistan" regionu olaraq bilinir) Bölgə X əsrdə Qəznəvilər dövləti, ardından Qurilər, Teymurilər dövləti Böyük Moğol İmperiyası, Hotakilər, Dürranilər İmperiyası və daha sonra Siqx dövlətinin tərkibində olmuşdur.

Müasir Əfqanıstan dövlətinin siyasi tarixi 18-ci əsrdə mövcud olmuş Hotaki və Durrani sülalələri ilə başlayır. 19-cu əsrin sonlarında Əfqanıstan həmin dövrdə hökmranlıq etmiş Britaniya Hindistanı və Rusiya İmperiyası arasındakı "Böyük oyun"da bufer ölkə rolunu oynamışdır. 1893-cü ildə Britaniya Hindistanı ilə sərhəddə yaradılan Durand xətti əfqan hökuməti tərəfindən tanınmadı və 1947-ci ildə Pakistanın müstəqillik əldə etməsindən sonra bu ölkə ilə əlaqələrin gərginləşməsinin əsas səbəblərindən biri hesab olunur. 250px|thumb|left|Ser Mortimer Dürand. Britaniyalı diplomat və Hindistan Müstəmləkə İdarəsinin katibi. Xətt onun adı ilə adlanmışdır.

Dürand xəttinin meydana gəlməsi 1839-cu ildə Birinci ingilis-əfqan müharibəsi (1838-1842) zamanı ingilislərin rəhbərlik etdiyi Hindistan qüvvələri Əfqanıstanı işğal etdi və Əfqan hökmdarları ilə müharibəyə başladı. İki il sonra, 1842-ci ildə ingilislər məğlub oldu və müharibə sona çatdı. İngilislər 1878-ci ildə İkinci ingilis-əfqan müharibəsi (1878-1880) zamanı yenidən Əfqanıstanı işğal etdilər. İngilislər Əbdürrəhman xanın hakim təyin edilməsinə müvəffəq oldular və 1880-ci ildə Qandamak Müqaviləsi imzalandı. İngilislər bütün geosiyasi hədəflərinə çatdıqlarından sonra geri çəkildilər.

1893-cü ildə Mortimer Dürand, Hindistan Müstəmləkə İdarəsi tərəfindən Əbdürrəhman xanın ilə təsir dairələrinin sərhədlərini müəyyənləşdirmək, habelə diplomatik münasibətləri və ticarəti yaxşılaşdırmaq üçün bir müqavilə imzalamaq üçün Kabula göndərildi. 1893-cü il noyabrın 12-də Dürand xətti razılaşması əldə edildi. Hər iki tərəf daha sonra Əfqanıstanın Xost şəhəri yaxınlığında, indi Pakistanın Federal İdarə Edilən Qəbilə Bölgələrinin (FATA) bir hissəsi olan kiçik bir qəsəbə olan Paraçinarda görüşdülər. İngilislər tərəfdən Mortimer Dürand və Sahibzada Abdul Qayyum, ingilis Vitse kralı təmsil edən Hayber Agentliyi və General Qubernator iştirak edirdi. Əfqan tərəfini isə Sahibzada Abdul Lətif və Əfqanıstanın Xost vilayətinin keçmiş valisi Sərdar Şireendil Xan Əbdürrəhman xanı təmsil edirdi. Dürand xətti müqaviləsinin 1893-cü il original nüsxəsi ingilis dilində, tərcümə nüsxələri dari dilində yazılmışdır. Əldə olan razılaşmaya və ya müqaviləyə görə, o vaxtlar FATA və Sərhəd Bölgələrini əhatə edən Pakistan əyaləti olan Hayber-Paxtunxva olaraq bilinən Şimal-Qərbi Sərhəd Əyaləti adlanan yeni bir vilayətin yaranmasına səbəb oldu. Həmçinin Əfqanıstanın Nuristan və Vaxanı da öz ərazisinə qatmasına gətirib çıxardı.

Xətt boyunca sərhəddi müəyyənləşdirmə 1894-1896-cı illəri əhatə edən birinci əfqan-ingilis komissiyasının xəritəçəkməsi 800 mil məsafəni müəyyənləşdirdi. Yüzlərlə sərhəd sütununun basdırıldığı, ətraflı topoqrafik xəritələr tezliklə dərc edildi. Hazırda o, xəritələr Britaniya kitabxanasındakı Hindistan bölümünün kolleksiyasında saxlanılır. 1 Noyabr 1894-cü il tarixli bir sənəddə 20 səhifəlik tam mətndə ətraflı şəkildə Əfqanıstan-İngilis demarkasiya araşdırmalarının "J.Donald və Sərdar Şireendil Xanın sərhədləri Sikaram zirvəsindən (34-03 şimal, 69-57 şərq) Laram zirvəsinə (33-13 şimal, 70-05 şərq) qədər həll etdiklərini" bildirən bir neçə qovluq mövcuddur. Bu hissə 76 sütunla işarə edilmişdir. Laram zirvəsindən ... Khvaja Xidr (32-34 şimal) sərhədi ... 15 Aprel 1895-ci il tarixli bir hesabatda H.A.Anderson tərəfindən müxtəlif əfqan məmurları ilə birlikdə araşdırılmış və (39) sütunlarla işarələnmişdi... 8 mart 1895-ci ildə demarkasiya olunan Xvaja Xızırdan Domandiyə qədər ərazi (31-55 şimal) 31 sütunla olan hissəsi təsvir edilmişdi. Domandidən Yeni Çamana (30-55 şimal, 66-22 şərq) qədər olan xətt kapitan (sonradan polkovnik-leytenant) Henri MakMahon və Sərdar Gül Məhəmməd Xanın rəhbərlik etdiyi ortaq demarkasiya komissiyası tərəfindən 92 sütunla işarələnmişdir. Bu 26 fevral 1895-ci il tarixli hesabatda əksini tapmışdır. MakMahon ayrıca Məhəmməd Ömər Xanla sərhəd komissiyasına yeni Çamandan ... İranla üç qovşağa ... 13 may 1896-cı il tarixli bir hesabatda açıqlanan 94 sütunla sərhədi təyin edən qrupa rəhbərlik etmişdi. 1896-cı ildə Kabul çayından Çinə, Vakhan Dəhlizi də daxil olmaqla uzun bir yol, davamlı, fərqli su hövzəsi silsiləsi sayəsində sərhəd elan olundu və yalnız Heybər keçidinin yaxınlığında kiçik bir hissə qaldı. 1922-ci il noyabrın 22-sində Kabulda Britaniya Missiyasının rəhbəri Genri Dobbsilə Əfqanıstan Xarici İşlər naziri Məhmudom Tarzi arasında ingilis əfqan sərhədlərinin müəyyənləşdirilməsi və diplomatik münasibərlər haqda müqavilə imzalandı. Yalnız 1933–34-cü illərdə Arunduda (Arnawai) sərhədin təyin edilməsinə çox qısa bir düzəliş edildi.

Dürand xəttinin mədəni əlaqələrə təsiri Dürand xətti sərhədləri müəyyənləşdikdən qısa müddət sonra ingilislər xəttin ətrafındakı bölgəni Şimali Qərb Dövlət Dəmir Yolu ilə birləşdirməyə başladılar.Institution of Civil Engineers "Biographical Dictionary of Civil Engineers in Great Britain and Ireland - O'Callaghan, Francis Langford " ; Retrieved on 9 Jul 2016 Elə bu müddətdə Əbdürrəhman Xan nuristanlıları fəth etdi və onları müsəlman etdi.The Káfirs of the Hindu-Kush, 1896, p 74 sqq., George Scott Robertson, Arthur David McCormick. Bundan əlavə, 1870-ci illərdə başlayan Əfqan dövləti ilə Britaniya Hindistanı arasında tez-tez baş verən toqquşmalar və müharibələr Pişəvər və Cəlalabad arasında gediş-gəlişi demək olar ki, mümkünsüz edirdi. Nəticədə, sərhəd boyunca əlaqələr demək olar ki, dayandırıldı. Bundan əlavə, ingilislər on minlərlə yerli puştunu Britaniya Hindistanı Ordusuna cəlb etdilər və onları Britaniya Hindistanı və cənub-şərqi Asiyada yerləşdirdilər. Şərqə doğru Pəncab bölgəsinə gediş-gəlişin asanlığı və Əfqanıstana doğru səyahət çətinliyi bir çox puştunun ingilis Hindistanı ilə yaxınlaşmasına və Kabildən uzaqlaşmalarına səbəb oldu. Bu səbəbdən Hindistanın müstəqilliyi dövründə bir qrup müstəqil Pakistan, başqa biri Əfqanıstanla birləşməyi dəstəkləyirdisə, bir çoxları birləşmiş Hindistanın daha yaxşı bir seçim olacağına inanırdı.

Britaniya Hindistanının Əfqanıstanla müharibəsi Üçüncü müharibəni İngiltərə, yeni hakimiyyətə gəlmiş Əmənullah xan 28 fevral 1919-cu ildə Əfqanıstanın müstəqilliyini elan etməsindən sonra başladı. Mayın 6-də İngiltərə Əfqanıstana müharibə elan etdi. Britaniya Hindistanın 40 mindən ibarət əfqan nizami qüvvələri Heybər, Vəziristan və Qəndəhar istiqamətlərində hərəkət edən, üç sütuna bölünmüşdü.