RS-28 Sarmat (ru: РС-28 Сармат; NATO kod adı: SS-X-30) Rusiya istehsalı olan MIRV ağır termonüvə qitələrarası ballistik raketdir. Raket inkişaf mərhələsindədir və köhnəlmiş R-36M raketlərinin yerini alması planlaşdırılır. Döyüş başlığı 10-24 MIRV arasında dəyişir. Əməliyyat mənzili 10,900 km, maksimum sürəti 20.7 Mach, idarəetmə sistemini INS, GLONASS, Astro-ətalət təşkil edir.
İstinadlar
Kateqoriya:Raket kompleksləri Kateqoriya:Ballistik raketlər