Yuxarı Nüsüs — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Xələfli kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası Yuxarı Nüsüs kəndi rayon mərkəzindən — Cəbrayıl şəhərindən 12 km şimal-qərbdə, dağətəyi ərazidə, təqribən 1323 m hündürlükdə yerləşir.
Tarixi Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Yuxarı Nüsüs kəndi Sirik kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir.
Birinci Qarabağ müharibəsi dövründə Cəbrayıl rayonunun əraziləri 23 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmişdi. Rayonun Yuxarı Nüsüs kəndi 1993-cü ildə işğal olunmuşdu.
İkinci Qarabağ müharibəsi zamanı, 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən verilən xəbərə əsasən, Yuxarı Nüsüs kəndi Azərbaycan Ordusu tərəfindən azad edilmişdi.
İqtisadiyyatı Keçmişdə Yuxarı Nüsüs kəndində heyvandarlıq, taxılçılıq, üzümçülük və baramaçılıq əhalinin məşğul olduğu əsas kənd təsərrüfatı sahələrindən hesab olunurdu. Yuxarı Nüsüs kəndində kitabxana, klub, tibb məntəqəsi, ticarət obyekti var idi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri