Anton Kandinov — 1881–1891-ci illər arasında Bakıda fəaliyyət göstərmiş memar. Bakıda tikilmiş İslamiyyə karvansarası, Qış klubunun eləcə də qırxdan çox binanın memarı olub.
Haqqında Kandinov Anton Semyon oğlu 1857-ci ildə anadan olub. İbtidai və orta təhsilini evdə alıb. 1876-cı ildə Sankt Peterburq Mülki mühəndislər İnstitutuna daxil olur. 1881-ci ildə buranı birinci dərəcə ilə bitirir. Təhsilini bitirdikdən sonra 1891-ci ilə qədər Bakıda şəhər memarı kimi fəaliyyət göstərir. 1890-cı ildə Kandinovun rəhbərliyi ilə Bakıda Qış Klubunun binası inşa olunur. 1891-ci ildə vəzifəsini tərk edir. Bakıda fəaliyyət göstərdiyi dövr ərzində 40-dan çox binanın memarı olur.
XX əsrin əvvəllərində Kandinov Ryazan vilayətiə köçür. Sonradan 1904–1909-cu illər arasında onun adına "Ryazan quberniyası üzrə qurumlar və vəzifəli şəxslər siyahısı"nda rast gəlinir. 25 may 1912-ci ildən etibarən Ryazan Elmi Arxiv Komissiyasının həqiqi üzvü seçilir. 1913-cü ildə Ryazan Dvoryan Deputat təşkilatının üzvü olur. 1913-cü ildə Ryazan Yeparxial qadın məktəbinin binasına əlavələr etdikdən sonra burada əlavə dərs otaqları yaranır. 1914-cü ilin aprel ayında Ryazan şəhər bankının binasının özülü qoyulur. 1917-ci ilin 15 dekabr tarixinə aid mühəndis Kandinovun şəhər bankının binasının tikintisi ilə bağlı hesabatına rast gəlmək olur. 4 mart 1926-cı ildə Ryazan şəhərində dünyasını dəyişib..
23 may 2020-ci ildə Ryazan şəhərində Svoboda küçəsi, 62 ünvanında yerləşən və Anton Kandinovun yaşadığı tarixi taxta bina sökülüb.
Həmçinin bax İohan Edel İosif Ploşko Nikolay fon der Nonne
İstinadlar
Kateqoriya:1857-ci ildə doğulanlar Kateqoriya:Əlifba sırasına görə memarlar Kateqoriya:Azərbaycan memarları