Avstriya kronu () — 1919–1925-ci illər ərzində Avstriyanın pul vahidi.

Tarixi Avstriya-Macarıstanın dağılmasından sonra, Avstriya və Macarıstan tərəfindən ortaq şəkildə idarə olunan Avstriya-Macarıstan bankı, Avstriya, Macarıstan və Çexoslovakiyanın ortaq pul vahidi olaraq qalan və digər ölkələrin tərkibinə girən ərazilərdə dövriyyədə olan Avstriya-Macarıstan kronunu buraxmağa davam edirdi.

Yeni dövlətlərin həll etməli olduqları ən vacib problem, məzənnəni sabitləşdirmək və onun daha da ucuzlaşmasının qarşısını almaq idi. Vəziyyəti düzəltmək işini Çexoslovakiya öz üzərinə götürdü. Hər şeydən əvvəl, ölkə hökuməti Avstriya-Macarıstan bankından müharibə istiqrazları üzrə ödənişləri və Avstriya və Macarıstan hökumətlərinə kredit vermə prosesini dayandırmağı tələb etdi. Daha sonra, Avstriya-Macarıstan bankı ilə yeni qurulmuş dövlətlər arasında danışıqlar aparıldı, bu görüşlərdə bütün yeni dövlətlərin emissayalara nəzarət etmək üçün öz emissarlarını təyin etmələrinə icazə verildi. Bank, öz növbəsində, bütün emissarların xəbəri olmadan kredit verməyəcəyinə söz verdi.

Bununla birlikdə, bank tezliklə yeni dövlətlərin hökumətləri ilə bağlanmış müqavilə şərtlərini pozdu, istiqraz ödənişlərini bərpa etdi və Avstriya hökumətinə kreditlər verdi. 1919-cu ildə banka güvənlərini itirən yeni dövlətlər milli kredit və pul sistemləri yaratmağa başladılar. 1919-cu ilin yanvar ayında Xorvatiya və həmin ilin mart ayında Çexoslovakiyada banknotlarının ştempelləmə prosesi aparıldı. Bu ölkələrdə milli pul sistemlərinin yaradılmasının nəticələrindən biri də möhürlənməmiş əskinasların Avstriyaya göndərilməsi idi, bu da inflyasiyanın kəskin artmasına gətirə biləcəyi üçün Avstriya hökumətini oxşar tədbirləri görməyə məcbur etdi. 1919-cu ilin Avstriyada da martında əskinasların ştempelləmə prosesi həyata keçirildi.

1921-ci ildə Lixtenşteyn Avstriya kronasının istifadəsindən imtina edərək İsveçrə frankı valyuyasına keçidi reallaşdırdı.

1925-ci ildə Avstriyada şillinq tətbiq olundu. Kronanın şillinqlə mübadiləsi 10.000:1 nisbətində həyata keçirilirdi.

Sikkələr AversReversNominal qiymətləndirməDiametrQalınlığı (mm)Kütlə (q)MetalÇevrəsiZərb olunma illəri20 kron211,46,7751Qızıl/Mis 900/1001923, 1924100 kron37233,8753Qızıl/Mis 900/1001923, 1924100 kron171,666Mis/Qalay/Sink 950/40/10hamar1923, 1924200 kron193,33Mis/Qalay/Sink 950/40/10hamar19241000 kron224,5Mis/Nikel 750/250hamar1924

Banknotlar 12 Mart 1919-cu ildə Avstriya-Macarıstan Bankı əskinaslar üzərində "DEUTSCHÖSTERREICH" möhürü ilə ştempelvurmanı həyat keçirtdi. 1920-ci ildə Avstriya-Macarıstan banknotları fərqli möhür növü ilə buraxıldı — "Ausgegeben nach dem 4. Oktober 1920".

1922-ci ildə Avstriya əskinaslarının buraxılışı başladı və onlar tədricən ştamplı Avstriya-Macarıstan pul nişanlarını əvəzləyirdilər. Banknotlar hələ də Avstriya-Macarıstan bankı tərəfindən buraxılırdı, ancaq üstündəki mətn yalnız alman dilində idi (əvvəllər əsas mətn alman və macar dillərində idi və əskinasın nominal dəyəri italyan, rumın, serb, ukrayn və imperatorluğun digər dillərində idi) və buraxılış yeri Vyana kimi qeyd olunurdu (əvvəllər Budapeştin də adı çəkilirdi).

1924-cü ildə Avstriya Milli Bankı 10.000 krona dəyərində kupyura buraxdı, bu, bankın kronada dövriyyəyə buraxdığı yeganə kupyura idi. "1 şillinq" peçatı ilə bu kupyura Avstriya şillinqinin tətbiqindən sonra bir müddət dövriyyədə qaldı. Avstriya-Macarıstan bankının banknotları, birinci buraxılışŞəkliNominalıÖlçüsüTarixiAversReversbanknotun üzərində qeyd olunandövriyyəyə buraxılışıdövriyyədən çıxarılması1 krona2 yanvar 19222 krona289x289px10 kron291x291px20 kron291x291px100 kron292x292px1000 kron219x219px5000 kron218x218px50 000 kron274x274px100 000 kronAvstriya-Macarıstan bankının banknotları, ikinci buraxılış100 000 kron11 sentyabr 19225 000 000 kronAvstriya-Macarıstan bankının banknotları, üçüncü buraxılış213x213px500 000 kron20 sentyabr 1922Avstriya Milli Bankının banknotları244x244px10 000 kron2 yanvar 1924200x200px1 000 000 kronburaxılmayıb

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Dövriyyədən çıxmış pullar Kateqoriya:Krona