Avstriya-Macarıstan quldeni (, , , ) — 1858–1892-ci illərdə Avstriya və Avstriya-Macarıstan imperiyalarında pul vahidi.

Tarixi 24 yanvar 1857-ci ildə Avstriya alman dövlətləri ilə pul vahidlərini unifikasiya edən pul konvensiyasını (Vyana Pul Konvensiyası) imzaladı. Əvvəllər 1753-cü il tarixli konvensiya əsasında zərb olunan qulden yeni valyutanın 1 qulden 5 kreytserinə bərabər oldu. Köln markası yerinə zərbedilmənin əsasını gömrük funtu təşkil etdi (Zollphund = 500 q), onlar içərisində 45 qulden Avstriyada, şimali alman torpaqlarında isə 30 taler zərb olunurdular. Daha əvvəl 60 kreytserə bölünən qulden, 100 yeni kreytserə (Neukreuzer) bölünməyə başladı. Konvensiyaya uyğun olaraq, şimali alman dövlətləri 900-cu əyarlı gümüş müttəfiq taleri (Vereinstaler) və ikiqat müttəfiq taleri zərb etməyə başladı, onlar müvafiq olaraq 1,5 və 3 Avstriya-Macarıstan quldeninə bərabər idilər. Müttəfiq qızıl sikkələr də zərb olunurdular, onların adı krona (Krone) və yarıkrona idi. 1753-cü ilin konvensiyasına əsasən, Avstriya Mariya Tereza taleri və dukatı zərb etmək hüququnu qorudu. Yeni pul sisteminə Avstriya valyutası (Österreichische Währung) adı verildi və 1 sentyabr 1858-ci ildən etibarən bütün imperiyada yeganə qanuni sistem olaraq qəbul edildi.

1866-cı ildə, Avstriya-Prussiya müharibəsindən sonra Avstriya Vyana Pul Konvensiyasından çıxdı, lakin onun normalarına uyğun olaraq sikkə zərb edilməsinə davam etdi.

Sikkə və əskinaslarda valyutanın fərqli adları yerləşdirilmişdir. Əskinaslarda nominallar qulden (), sikkələrdə isə florin () olaraq qeyd olunurdu.

1867-ci ildə Avstriya-Macarıstan müqaviləsinin imzalanması və 1868-ci ildə Avstriya-Macarıstanın qurulmasından sonra "forint" () macar adı altında sikkələrin buraxılmasına başlandı. Kreytser xırda sikkələri də iki növdə zərb olunurdu: nominal həm alman (kreuzer), həm də macar (krajczár) dillərində qeyd olunurdu. 1862-ci ildə Avstriyanın mülkü sayılan Lombardiya-Venesiya krallığı üçün sikkələr soldo () nominalı ilə zərb olunurdular.

1880-ci ildən əskinasların bir tərəfində alman dilində (nominal qulden olaraq qeyd olunurdu), digər tərəfində macar dilində (nominal forint olaraq qeyd olunurdu) mətn var idi.

Qalisiyada quldenə (florin) qeyri-rəsmi olaraq "rinski" (; "bazar pulu") deyilirdi.

1866-cı il Avstriya üçün uğursuz keçən müharibədən sonra, hökumət kağız pulu buraxılışında artıma getmək məcburiyyətində qaldı. 1867–1873-cü illər ümumiyyətlə iqtisadiyyatın inkişafı üçün əlverişli olmuşdular, lakin sonra beş illik iqtisadi böhran başladı və nəticədə büdcə defisiti yarandı, hansı ki bəzən dövlət büdcəsinin 1/4 hissəsinə çatırdı. Böhrandan əvvəlki səviyyələrə yalnız 1881-ci ildə çatmaq mümkün oldu. Avstriya-Macarıstanın yaranmasından sonra təxminən dörddə bir əsr ərzində sikkəyə nisbətən kağız quldenlərində təxminən 18% təşkil edən əlavə qiymət saxlanılırdı. Qızıl və gümüş sikkələr dövriyyədə demək olar ki iştirak etmirdi, onları daha çox yığmaq üçün istifadə edirdilər. Hesablamalar demək olar ki, tamamilə kağız quldenlərinə keçirildi. 1889-cu ilədək büdcəni sabitləşdirmək və onun profisitini təmin etmək mümkün oldu.

2 avqust 1892-ci ildə qulden əvəzinə Avstriya-Macarıstan kronu tətbiq olundu. Pul islahatı zamanı gümüş standartından qızıl standartına keçid edildi. Əvvəllər buraxılmış sikkələr və əskinaslar 1900-cü ilə qədər bu nisbətdə dövriyyədə idilər: 1 qulden (florin) = 2 kron, 1 kreytser = 2 heller.

Sikkələr +AversReversNominalDiametr, mmÇəkisi, qQalınlığı, mmÇevrəsiMetalZərb olunma illəriTirajAvstriya tacı torpağları üçün kreytserlər100x100px100x100px½ kreytser½ kreytser nominallı 3 növ sikkə mövcuddur, onların arasında o qədər də böyük fərq yoxdur171,67naməlumhamarMis1858–1861, 1863–1866, 1877, 1881, 1885, 1891Ümumi olaraqİllərinə görə ½ kreytserin tirajı: 1858 B — , 1858 А, 1858 E, 1858 M и 1858 V — naməlum; 1859 B — , 1859 A, 1859 E, 1859 M и 1859 V — naməlum; 1860 A, 1860 E и 1860 V — naməlum; 1861 A — naməlum, 1861 B — ; 1863 B — naməlum; 1864 А и 1864 V — naməlum, 1864 В — ; 1865 A — naməlum, 1865 В — ; 1866 А — naməlum; 1877 — naməlum; 1881 — , 1885 — ; 1891 — . — 50 milyondan aşağı olmayaraq100x100px100x100px1 kreytser1 kreytser nominallı 2 növ sikkə mövcuddur, onların arasında o qədər də böyük fərq yoxdur193,151881-ci ilə qədər—3,61885-ci ildən sonra1,251881-ci ilə qədər—1,51885-ci ildən sonrahamarMis1858–1863, 1873, 1878, 1879, 1881, 1885, 1891Ümumi olaraqİllərinə görə 1 kreytserin tirajı: 1858 B — , 1858 А, 1858 E, 1858 M и 1858 V — naməlum; 1859 B — , 1859 A, 1859 E, 1859 M и 1859 V — naməlum; 1860 B — , 1860 A, 1860 E и 1860 V — naməlum; 1861 B — , 1861 A и 1861 Е — naməlum; 1862 B — , 1862 Е — naməlum; 1863 Е — naməlum; 1873 А — naməlum; 1878 — naməlum; 1879 — naməlum, 1881 — ; 1885 — , 1891 — . — 361 milyondan aşağı olmayaraq100x100px100x100px4 kreytser2713,22,9hamarMis1860–1862, 1864Ümumi olaraqİllər və zərbaxanalar görə 4 kreytserin tirajı: 1860 A, 1860 B и 1860 Е — ; 1861 А — , 1861 В — , 1861 Е — ; 1862 В — ; 1864 В — . — 100x100px100x100px5 kreytser161,3333naməlumkəsik-kəsik375-ci əyarlı gümüş1858–1860, 1863, 1864Ümumi olaraqİllər və zərbaxanalar görə 5 kreytserin tirajı: 1858 А и 1859 А — , 1858 В — 851. 1858 V — naməlum; 1859 М — , 1859 V — ; 1860 A — naməlum, 1860 B — 851. 1860 V — ; 1863 A — ; 1864 A — . — 100x100px100x100px5 kreytserƏvvəlki sikkə növündən fərqli olaraq, bunun üzərində imperator Frans İosifin (bakenbard ilə) portreti təsvir olunmuşdur161,3333naməlumkəsik-kəsik375-ci əyarlı gümüş1867 А100x100px100x100px10 kreytser182naməlumkəsik-kəsik500-cü əyarlı gümüş1858–1865Ümumi olaraqİllər və zərbaxanalar görə 10 kreytserin tirajı: 1858 А — , 1858 V — ; 1859 А — naməlum, 1859 M — , 1859 V — ; 1860 V — ; 1861 V — ; 1862 V — ; 1863 A — ; 1864 A — , 1864 V — ; 1865 V — . — aşağı olmayaraq100x100px100x100px10 kreytserƏvvəlki sikkə növündən fərqli olaraq, bunun üzərində imperator Frans İosifin (bakenbard ilə) portreti təsvir olunmuşdur182naməlumkəsik-kəsik500-cü əyarlı gümüş1867 A100x100px100x100px10 kreytser181,66670,86hamar400-cü əyarlı gümüş1868–1872Ümumi olaraqİllər və zərbaxanalar görə 10 kreytserin tirajı: 1868 — , 1869 — ; 1870 — , 1871 — ; 1872 — . — 100x100px100x100px20 kreytser212,71hamar500-cü əyarlı gümüş1868–1870, 1872Ümumi olaraqİllərinə görə 20 kreytserin tirajı: 1868 — , 1869 — ; 1870 — , 1872 — . —

Xatirə sikkələri Xatirə sikkələri zaman-zaman müxtəlif hallarda buraxılırdı. Bu sikkələr, bir qayda olaraq, kiçik tirajlarla buraxılırdı, bəzən nominal işarəsi qeyd olunmurdu və əslində pul dövriyyəsində istifadə edilmirdilər.Памятные монеты Франца-Иосифа I , Мюнцкабинет. +AversReversNominal Həsr olunmuş tədbirDiametr, mmÇəkisi, qQalınlığı, mmÇevrəsiMetalZərb olunma illəriTirajXatirə sikkələri (nümunəlik)100x100px100x100px2 florin Vyana Atıcılıq Festivalı22900-cü əyarlı gümüş1873100x100px101x101px1 florin "Adalbert" (Prşibram) mədəninin 1000 metr dərinliyinə çatma xatirəsinəГорное дело, отражённое в монетах разных стран мира , Горная промышленность12,34900-cü əyarlı gümüş18758000100x100px100x100px1 forint II İosifin Şelmetsbanyedəki irsi mədəni12,3457900-cü əyarlı gümüş1878400, а также 3 шт. из золота и 3 шт. из меди100x100px100x100px2 florin I Frans İosif və Elizabet Bavariyalının gümüş toyu24,69900-cü əyarlı gümüş1879275 000100x100px100x100px2 florin Atıcılıq Festivalı24,69900-cü əyarlı gümüş1880100x100px101x101px2 florin Kuttenberq şəhərindəki Müqəddəs Varvara kafedralı22,3900-cü əyarlı gümüş1887ansirkuleyted — 400, pruf — naməlum

İstinadlar

Şərhlər Şərhlər

İllərə görə sikkələrin tirajları

Ədəbiyyat

Kateqoriya:Dövriyyədən çıxmış pullar Kateqoriya:Qulden Kateqoriya:Avstriya-Macarıstan pulları