Polşa markası () — 1917–1924-cü illərdə Polşa və 1921–1922-ci illərdə Mərkəzi Litvanın pul vahidi. 100 fenigə () bölünürdü. 1917-ci ildən Polşa Borc Kassası, daha sonra Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən buraxılırdı.

Tarixi Birinci Dünya müharibəsinin 1914 və 1915-ci il yürüşləri zamanı Rusiya imperiyasının tərkibində olan Polşa çarlığının ərazisi Almaniya və Avstriya-Macarıstan qoşunları tərəfindən işğal edildi. 1915-ci ildə işğal olunmuş əraziləri idarə etmək üçün Varşava General-Qubernatorluğu yaradıldı.

1916-cı ildə alman höküməti ostrubl adlı işğal pulunu buraxmağa başladı. General-qubernatorluğunun ərazisində ostrubl şərq bölgələrində istifadə olunurdu. 1917-ci ildə yeni işğal valyutası olan Polşa markasının buraxılışı başladıldı. 1916-cı ildə Polşa krallığının elan olunması və regen şurasının (hakimiyyəti formal olaraq onun əlində idi) yaradılmasına baxmayaraq, marka general-qubernatorluğunun adından buraxılırdı.

1917-ci ildə 1⁄2, 1, 2, 5, 10, 20, 50, 100 və 1000 marka dəyərində banknotlar və 5, 10 və 20 feninq dəyərində sikkələr buraxıldı. 1918-ci ildə 1, 5, 10 və 20 feninq dəyərində sikkələr buraxıldı. Hər sikkənin üzərində "F" (Ştutqart) zərbxana işarəsi qeyd olunurdu. 1918-ci ildə müstəqilliyin elan edilməsi ilə Polşa markası dövriyyədə qaldı və Polşa Xəzinəsinin Emissiya Ofisi tərəfindən daha müstəqil dövlətin pul vahidi olaraq buraxıldı.

Müstəqillik dövrünün markası yalnız kağız əskinas şəklində buraxılırdı:

1919-cu il — 1, 5, 10, 20, 100, 500, 1000 marka, 1920-ci il — 1⁄2, 5000 marka, 1922-ci il — 10 000, 50 000 marka, 1923-cü il — 100 000, 250 000, 500 000, 1 000 000, 5 000 000, 10 000 000, 50 000 000, 100 000 000 marka.

Sərhədlərdəki dəyişiklik nəticəsində Polşanın tərkibinə müxtəlif valyutaların dövriyyədə olduğu yeni ərazilər daxil oldu, amma onlar da tədricən Polşa markası ilə əvəzləndi. Almaniya markası 20 noyabr 1919-cu ilədək, rubl 29 aprel 1920-ci ilədək və Avstriya-Macarıstan kronu 1920-ci il 15 yanvar—may ayınadək (100 kron = 70 marka nisbətində) dövriyyədə qala bilmişdilər.

20 yanvar 1924-cü ildə zlotı pul vahidi elan edildi (1 zlotı = 1.800.000 marka). Marka 1 iyul 1924-cü ilə qədər dövriyyədə idi.

Sikkələr ŞəkilNominalDiameter, mmÇəki, qrQalınlığı, mmÇevrəsiMaterialZərb olunma yeriTirajframeless1 feninq 1917151.971.4hamarDəmirFməlumat yoxdurframeless1 feninq 1918151.971.4hamarDəmirF51 484 000frameless5 feninq 1917182.61.5hamarDəmirF18 700 000frameless5 feninq 1918182.61.5hamarDəmirF22 390 000frameless10 feninq 1917213.561.65hamarDəmirF33 000 000frameless10 feninq 1918213.561.65hamarDəmirF14 990 000frameless20 feninq 1917233.91.65hamarDəmirF1 900 000frameless20 feninq 1918233.91.65hamarDəmirF19 259 800

Banknotlar

1917-ci il banknotları

1919–1923-cü il banknotları

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Dövriyyədən çıxmış pullar Kateqoriya:Marka Kateqoriya:Polşa pulları Kateqoriya:Kollektiv və ittifaq pul vahidləri