Jan Batist Perren ( ) – "Maddənin dəvamsız strukturuna dair tədqiqatlarına və xüsusi olaraq da sedimentasiya balansını kəşf etdiyinə görə" 1926-cı ildə Fizika üzrə Nobel mükafatını qazanmış fransız fizik.
Həyatı Jan batist Perren 1870-ci ildə Fransanın Lil şəhərində anadan olub. Paris Ali Normal Məktəbini bitirib. 1894-97-ci illərdə katot şüaları və rentgen şüaları üzərində tədqiqatına başladığı dövrdə həmin məktəbdə assistant vəzifəsində fəaliyyət göstərib. 1897-ci ildə elmlər doktoru (fr.docteur ès sciences) dərəcəsini qazanıb. Həmin il Parisin Sorbonna universitetində fiziki kimya fənni üzrə mühazirəçi vəzifəsinə təyin edilib. 1910-cu ildə bu universitetin professoru olub və İkinci Dünya müharibəsi dövründə Almaniyanın Fransanı işğal etməsinə qədər bu vəzifəni icra edib. 1942-ci ilin 17 aprel tarixində Nyu-York şəhərində vəfat edib və 1948-ci ildə Paris şəhərində, Panteonda, dəfn edilib.
Tədqiqatları 1895-ci ildə Perren katod şüalarının təbiətdə mənfi elektrik yüklü olduğunu göstərdi. Avogadronun ədədini (indi Avoqadro sabiti olaraq bilinir)bir neçə üsulla təyin etdi. Günəş enerjisini hidrogenin termonüvvə reaksiyaları əsasında izah etdi. Albert Eynşteyn 1905-ci ildə Broun hərəkətinin atomlar baxımından nəzəri izahı barədə məqaləsini yayımladıqdan sonra, Perren Eynşteynin proqnozlarını yoxlamaq və doğrulamaq üçün eksperimentlər apardı və bununla da Con Daltonun atom nəzəriyyəsi ilə bağlı yüzillik mübahisəni həll etdi. Perren 1926-cı ildə bu tədqiqatına və molekulların fiziki gerçəkliyi mövzusunda uzun sürən mübarizəyə qəti şəkildə son qoymuş maddənin kəsikli quruluşuna dair digər işlərinə görə Fizika üzrə Nobel mükafatını qazandı.
İstinadlar
Xarici keçidlər
1926 Nobel Prize
Mouvement brownien et molécules, by Jean Perrin, 1923 on Vidéothèque du CNRS (French) Jean Perrin et la réalité moléculaire on Vidéothèque du CNRS (French)
Kateqoriya:Fransalı Nobel mükafatı laureatları Kateqoriya:Nəzəri fiziklər Kateqoriya:London Kral Cəmiyyətinin əcnəbi üzvləri Kateqoriya:Fransa sosialistləri Kateqoriya:Fransız ateistlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:XIX əsrin fizikləri Kateqoriya:Fransa fizikləri Kateqoriya:SSRİ Elmlər Akademiyasının fəxri üzvləri Kateqoriya:SSRİ EA-nın müxbir üzvləri