Ümumdünya sərgisi () — 1900-cü il 15 aprel — 12 noyabr tarixlərində Parisdə keçirilmiş beynəlxalq sərgi.
Sərginin simvolu yeni XX əsrin gəlməsi idi. Sərgidə ən populyar ar-nuvo üslubu oldu. Yeddi ay boyunca sərgidə 50 milyondan çox insan iştirak etdi, bu rekord yalnız 1967-ci ildə Monrealda (55 milyon nəfər) təşkil olunan Dünya Sərgisi və Şanxayda keçirilən EXPO 2010-da ikinci dəfə (70 milyondan çox insan) "qırıldı".
Sərgidə 35 ölkənin ekspozisiyası 18 tematik bölmədə təqdim olundu. O dövrdə Fransanın ən yaxın müttəfiqi olan Rusiya İmperiyasının iştirakı xüsusilə əhəmiyyətli idi. thumb|Sərginin əsas girişi|alt=
Sərgi Sərgi 1900-cü il aprelin 15-indən noyabrın 12-sinədək davam etdi. Sərgini 50 milyondan çox insan (o dövrdə dünya rekordu) ziyarət etdi, bu da Fransa xəzinəsinə 7 milyon frank gəlir gətirdi. Sərgiyə 76 mindən çox iştirakçı qatıldı, sərgi sahəsi 1.12 km² idi.
Sərgi üçün xüsusi olaraq çox sayda obyekt tikilmişdir: Lion vağzalı (bu münasibətlə üzbəüz yerləşən Mazas həbsxanası söküldü), Orse vağzalı (indiki Orse muzeyi), III Aleksandr körpüsü, Böyük və Kiçik saraylar. Maşın qalereyası (Salle des Machines) Qış velodromuna (Vélodrome d'hiver) çevrildi.
Paris metrosunun ilk xətti sərgi zamanı, 1900-cü il 19 iyul tarixində fəaliyyətə başladı. Bundan əlavə, sərgi zamanı trolleybus şəbəkəsi fəaliyyət göstərirdi.
Sərginin bir hissəsi beş ay (may ayından oktyabr ayınadək) boyunca davam edən İkinci Olimpiya Oyunlarının keçirilməsi üçün istifadə olunurdu. 720-si Fransadan olmaqla, cəmi 997 idmançının iştirak etdiyi bu yarışlar qadınların iştirak etdiyi ilk olimpiada oldu. 20 idman növü üzrə keçirilən yarışların 13-ü ilk dəfə təmsil olunurdu.
Nəticələr thumb|242x242px|Sərgi planı 1900 Paris Beynəxalq Sərgisində dublyaj edilmiş filmlər və eskalatorlar ilk dəfə ictimaiyyətə təqdim edildi, Campbell Soup isə qızıl medalla təltif olundu (medal hələ də sup bankası üzərində təsvir olunur). Rudolf Dizel sərgi ziyarətçilərinə raps yağı ilə işləyən dizel mühərrikini təqdim etdi. Bir çox panoram rəsmlər və yeni panoram texnikaları (sineorama, mareorama və Trans-Sibir dəmir yolu panoraması) təqdim edildi. Serbiyalı riyaziyyatçı Mixailo Petroviç təqdim etdiyi hidravlik inteqrator ixtirasına görə qızıl medala layiq görüldü.Српски рудари с рачунарима ("Политика", 12. април 2010) , Приступљено 13. 4. 2013.
İllüziya Sarayında diqqət mərkəzi 1,25 m obyektiv diametri olan teleskopa yönəldi. Bu teleskop o dövrdə yaradılan bütün obyektiv alətlərinin ən böyüyü idi. Teleskop borusunun uzunluğu 60 m və diametri 1,5 m idi.Françoise Launay, "The Great Paris Exhibition Telescope of 1900", Journal for the History of Astronomy, 38 (2007), 459–475
24 avqust 1900-cü ildə Sərgi çərçivəsində keçirilən IV Beynəlxalq Elektrotexnika Konqresində Konstantin Perski "Televiziya elektrik kino kimi" məruzəsi ilə çıxış etdi və ilk dəfə "televiziya" terminini istifadə etdi.
İstinadlar
Xarici keçidlər 1900 l’Expoition et Paris — Guide Illustre du Bon Marche Exposition universelle de 1900 — Liste des récompenses
Kateqoriya:1900-cü ildə yarananlar Kateqoriya:Paris tarixi Kateqoriya:1900-cü ildə Fransa Kateqoriya:1900 Yay Olimpiya Oyunları