Arctic Monkeys — 2002-ci ildə Şeffilddə qurulan ingilis rok qrupu. Qrup üzvləri Aleks Törner, Ceymi Kuk, Nik O'Melli və Mett Heldersdir. Qrupun üzvü Endi Nikolson ilk albom çıxdıqdan qısa müddət sonra 2006-cı ildə qrupu tərk etdi.
Arctic Monkeys internet vasitəsilə məşhurlaşan ilk qruplardan biri kimi bilinir, onların 2006-cı ildə buraxdığı ilk albomu "Whatever People Say I Am, That's What I'm Not" Birləmiş Krallığın hit-parad tarixində ən tez satılan debüt albomu oldu və ən böyük debüt albomlarından biri kimi qarşılandı. Onlar 2007 "BRIT" mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatını qazandılar. Qrupun 2007-ci ildə yayımladığı ikinci albomu "Favourite Worst Nightmare" tənqidçilər tərəfindən bəyənildi və 2008 "BRIT Mükafatlarında "Ən Yaxşı İngilis Albomu" mükafatına layiq görüldü. Onlar 2009-cu ildə "Humbug" və 2011-ci ildə "Suck It and See" albomlarını buraxaraq uğur qazanmağa davam etdilər.
Qrupun məşhurluğu tənqidçilər tərəfindən bəyənilən 2013-cü ildə işıq üzü görmüş beşinci albom "AM" ilə daha da artdı, bu albom qlobal hit olan "Do I Wanna Know?" ilə tanınır. Mahnı dörd Billboard hit-paradında birinci pillədə qərarlaşdı və ABŞ-də platin sertifikatına layiq görüldü. Onlar 2014 "BRIT" mükafatlarında Britaniyada üçüncü dəfə "İlin Albomu" mükafatını qazandılar. Qrupun 2018-ci ildə buraxdığı altıncı albomu "Tranquility Base Hotel & Casino" onların əvvəlki gitara əsaslı işlərindən fərqli olaraq, daha çox piano yönümlü idi. Albom 2019-cu ildə "Qremmi" Mükafatlarında "Ən Yaxşı Alternativ Musiqi Albomu" nominasiyasını aldı, bu da onu ilk buraxdıqları albomdan sonra ikinci etdi. Onların 2022-ci ildə yayımladığı yeddinci studiya albomu "The Car" Ayvor Novello və Merküri mükafatlarına namizəd göstərildi.
Arctic Monkeys 2022-ci ilə kimi dünya miqyasında 23 milyondan çox albom satmağa nail olub. Qrupun ilk beş albomu İngiltərədə bir nömrə oldu və bu da onları Birləşmiş Krallıqda bunu edən ilk indi-rok qrupu etdi. Qrup yeddi "Brit Mükafatı" qazandı; Üç dəfə "Ən Yaxşı İngilis Qrupu", "İlin Britaniya Albomu", üç dəfə "dubl edən" (yəni hər iki kateqoriyada qalib gələn) ilk qrup oldu; "Whatever People Say I Am, That's What I'm Not" albomuna görə "Merkuri Mükafatı, Ayvor Novello Mükafatı və 20 NME Mükafatı" qazandılar. Bundan əlavə beş "Qremmi" mükafatına namizəd oldular həmçinin 2007, 2013 və 2018-ci illərdə "Merkuri" Mükafatına namizəd göstəriliblər. Həm "Whatever People Say I Am, That's What I'm Not" həm də "AM" NME-nin və Rolling Stone-un müxtəlif nəşrlərində "Bütün Zamanların Ən Yaxşı 500 Albomu" siyahısında yer alıb.
Tarixi
2002–2005: İlk illər və səsyazma müqaviləsi Arctic Monkeys 2002-ci ilin ortalarında dostlar Aleks Törner, Mett Helders və Endi Nikolson tərəfindən yaradılmışdır. Törner və Helders qonşu və yaxın dost idilər, məktəbdə də birlikdə oxuyurdular. Onlar Nikolsonla elə məktəbdə tanış oldular. Törner Heldersə təbil dəsti almağı məsləhət gördü. Nikolson bas gitarada və yeni üzv Ceymi Kuk ikinci gitaraçı kimi ifa etməyə başladı. "Arctic Monkeys" adı məhz Kukun ideyası idi və Şimali İngiltərədən olan biri üçün təhqiramiz ifadə hesab olunurdu. Törner qrupun üzvlərinin oxumaqdan imtina etdiklərini nəzərə alaraq solist olmağa qərar verdi. Heldersin fikrincə o, "bunu çox yaxşı bacarırdı". Qrup Nipsenddə yerləşən Yellow Arch Studios-da hazırlığını etdi və ilk konsertini 13 iyun 2003-cü ildə Şeffild şəhərinin mərkəzində yerləşən The Grapes-də etdi. 2003-cü ildə etdikləri bir neçə çıxışdan sonra onlar Şeffilddəki 2fly studiyasında 18 demo yazdılar. Demo toplusunun CD-ləri konsertlərdə pərəstişkarlara pulsuz paylandı. Pərəstişkarlardan biri demo toplusunu Beneath the Boardwalk adı altında qeyri rəsmi olaraq internetə yüklədi. Rəsmi olmayan adla buraxılan demolar MySpace sosial şəbəkəsində məşhurlaşmağa başladı.
Qrup İngiltərənin şimalında populyarlıq qazanmağa başladı, onlar BBC Radiosu və İngilis tabloid mətbuatının diqqətini çəkdilər. Yerli həvəskar fotoqraf Mark Bull qrupun ifalarını lentə aldı və "Fake Tales of San Francisco" musiqi videosunu çəkdi və bunu öz internet saytına yerləşdirdi. Qrupun MySpace saytının populyarlığı ilə bağlı sualı cavablandıran üzvlər, bunun nə olduğundan xəbərsiz olduqlarını və saytı əvvəlcə onların pərəstişkarları tərəfindən yaradıldığını dedilər. 2005-ci ilin may ayında Arctic Monkeys, "Fake Tales of San Francisco" və "From the Ritz to the Rubble" mahnılarını özündə əks etdirən Bang Bang leybli ilə Five Minutes with Arctic Monkeys adlı minialbom yayımladılar. Bu 500 CD və 1000 ədəd yeddi düymlü vinil buraxılışı ilə məhdudlaşmışdı, eyni zamanda iTunes Musiqi Mağazasından yükləmək əlçatan idi. Tezliklə qrup Redinq və Lids Festivallarının az tanınan qruplar üçün ayrılan Carling Səhnəsində çıxış etdi.
Nəhayət, onlar 2005-ci ilin iyununda Domino ilə müqavilə bağladılar. Qrup üzvləri, Dominonun sahibi Laurens Bellin onların işi ilə maraqlandığını bildirdi. BK-ın Daily Star qəzeti qrupun bunun ardınca oktyabr ayında EMI ilə 1 milyon funt sterlinqlik nəşr müqaviləsi və ABŞ üçün Epic Records ilə 725.000 funt sterlinqlik müqavilə bağladıqlarını bildirdi. Arctic Monkeys bunu öz saytında yalanladı. Domino Avstraliya və Yeni Zelandiya üçün nəşriyyat hüquqlarını EMI-yə, Yaponiya üçün isə müstəqil şirkət Hostess-ə lisenziya vermişdi. Onların Linkolnşirdəki Chapel Studios-da qeydə alınan "I Bet You Look Good on the Dancefloor" adlı ilk sinqlı 17 oktyabr 2005-ci ildə buraxıldı və birbaşa BK sinqllar hit-paradında 1-ci oldu. Onların 16 yanvar 2006-cı ildə buraxılmış ikinci sinqlı "When the Sun Goes Down" (əvvəllər "Scummy" adlanırdı) birbaşa BK sinqllar hit-paradında 1-ci pilləyə yüksəldi. Qrupun kiçik marketinq və zəif reklam ilə qazandığı nailiyyət, bəzilərini yeni qrupların necə tanınmasına dair dəyişiklik olacağını düşünməyə vadar etdi.
2006: Whatever People Say I Am, That's What I'm Not thumb|left|Arctic Monkeys 2006-cı ildə
Qrup 2005-ci ilin sentyabrında Linkolnşirdəki Chapel Studios-da britaniyalı prodüser Cim Abbis ilə birlikdə Whatever People Say I Am, That's What I'm Not" adlı ilk albomunu istehsal etdi. Whatever People Say I Am, That's What I'm Not, ilk həftədə 363.735 nüsxə sataraq, Birləşmiş Krallığın tarixində ən tez satılan debüt albomu oldu. Bu, Popstarın 306.631 nüsxəlik əvvəlki rekordu üstələdi və təkcə ilk günündə Top 20 siyahısındakı albomların ümumi sayısından daha çox nüsxə — 118.501 nüsxə satdı. Albomun üz qabığında qrupun yaxın dostu olan Kris Makklur əlində siqarət ilə təsvir edilmişdi. Bu hadisəyə görə onlar Şotlandiyadakı NHS rəhbəri tərəfindən "siqaret çəkməyin yaxşı olduğu təbliğ etdiklərinə" görə tənqid edildilər. CD-nin üz nəşrində olan şəkil siqaretlə dolu külqabının kadrıdı idi. Qrupun məhsul meneceri cavab olaraq: "Şəkildə siqaret çəkənin bundan heç bir fayda qazanmadığını görə bilərsiniz" dedi.
Albom bir ay sonra, 21 fevral 2006-cı ildə ABŞ-də yayımlandı, ilk həftəsində 34.000 ədəd satıldıqdan sonra Billboard albom siyahısında 24-cü yeri tutdu, Amerikada satış rekordu qıran ikinci indi-rok albomu oldu. Bununla da, ABŞ-nin ilk il satışları albom üçün İngiltərədəki ilk həftənin satışları ilə uyğun gəlmədi. Qrupun 2006-cı ilin iyununda Şimali Amerika səfəri hər dayanacaqda xoş rəğbətlə qarşılandı. Albom 2017-ci ildə RIAA tərəfindən ABŞ-də 500.000-dən çox satıldığı üçün Qızıl sertifikata layiq görüldü. Həmçinin Birləşmiş Krallığın NME jurnalı qrupun debüt albomunu "bütün zamanların 5-ci ən böyük Britaniya albomu" elan etdi. 2006-cı ildə baş tutan NME Mükafatlarında, "Ən yaxşı İngilis qrupu, Ən Yaxşı Yeni Qrup və "I Bet You Look Good on the Dancefloor" ən yaxşı trek nominasiyalarında üç mükafat qazandı.
Arctic Monkeys yeni material yazmağa vaxt itirmədi və 24 aprel 2006-cı ildə "Who the Fuck Are Arctic Monkeys?" adlı beş trekdən ibarət minialbom dərc etdi. Mini albom müddətinə görə Birləşmiş Krallıq sinql və ya albom hit-paradlarına düşə bilmədi.
Birləşmiş Krallıqda minialbomun buraxılmasından qısa müddət sonra qrup elan etdi ki, Endi Nikolson ağır yorğunluq səbəbindən qrupun qarşıdakı Şimali Amerika turunda iştirak etməyəcək". İngiltərəyə qayıtdıqdan sonra Nikolson Arctic Monkeys-dən ayrılacağını və öz layihəsinə başlayacağını təsdiqlədi. O, həmçinin qrupun son altı aydakı şöhrəti və uğuruna tab gətirəməyəcəyini bildirdi. Qrup rəsmi internet saytında verdiyi açıqlamada: "Hər kəsə Endinin artıq qrupda olmadığını söyləməkdən kədərlənirik" dedi və sonra Dodgems qrupunun üzvü O'Mellinin, Endi Nikolsonun yerini əvəz edəcəyi məlum oldu.
Arctic Monkeys qrupunun Nikolson olmadan ilk buraxılışı olan "Leave Before the Lights Come On" sinqlı 14 avqust 2006-cı ildə çıxdı. Törner mahnının onların şöhrət qazanmazdan əvvəl yazdığı son mahnılardan biri olduğunu söylədi və, "Albomda olacağına ümid edirəm" dedi. Birləşmiş Krallıqra 4-cü yerə yüksələn sinql, qrupun 1-ci yerə çatmayan ilk sinqlı oldu. Nikolson keçmiş qrup yoldaşları və onun əvəzedicisi O'Melli ilə Leeds Festivalında yenidən bir araya gəldi. İki həftə sonra baş tutan Mükafat mərasimində Nikolson deyil yalnız orijinal qrup üzvləri iştirak etdi.
2007: Favourite Worst Nightmare Qrupun ikinci albomu "Favourite Worst Nightmare" 23 aprel 2007-ci ildə, "Brianstorm" sinqlının buraxılmasından bir həftə sonra buraxıldı. İlk albom kimi Favourite Worst Nightmare də albom hit-paradlarında tez bir zamanda 1-ci yeri tutdu. Törner mahnıları "keçən dəfəkindən çox fərqli" adlandırdı və əlavə etdi ki, bəzi treklərin səsi "bir az doludur — bir az "From the Ritz to the Rubble", "The View from the Afternoon" kimidir. 10 fevral 2007-ci ildə Şeffildin Leadmill-də ifa olunan gizli konsert yeddi yeni mahnı (Favourite Worst Nightmare-dən altısı və digəri) debüt etdi. Buraxılış haqqında ilk rəylər müsbət idi və onu "çox, çox sürətli və çox, çox yüksək" kimi təsvir etdilər.
Qrup dünyanın hər yerindən PLUG Müstəqil Musiqi Mükafatlarında həmçinin ABŞ-də Ən Yaxşı Yeni Sənətçi, Yaponiya, İrlandiya, ilin Albomu mükafatları, Ən Yaxşı Mükafatlar, 2007 NME Mükafatlarında Scummy Man qısametrajlı filmi üçün Albom və Ən Yaxşı Musiqi DVD-si mükafatlarını aldı. 2008-ci il BRIT Mükafatlarında Ən Yaxşı İngilis Qrupu və Ən Yaxşı İngilis Albomu mükafatlarını qazanaraq ili başa vurdu. Ardıcıl ikinci il qrup Merkuri Mükafatına namizəd oldu.
29 aprel 2007-ci ildə, Favourite Worst Nightmare Birləşmiş Krallıq albomlar hit-paradında 1-ci yer olduğu gün, albomdakı bütün 12 trek də Birləşmiş Krallıq sinqllar hit-paradında İlk 200-də yer aldı. Qrup daha sonra "Fluorescent Adolescent" mahnısını sinql kimi buraxdı və The Jonathan Ross Show-da klounlar kimi geyinərək mahnını ilk dəfə canlı ifa etdi. Favourite Worst Nightmare-dən üçüncü sinql olan "Teddy Picker", 3 dekabr 2007-ci ildə buraxıldı. Bu buraxılışdan əvvəl qrup "Teddy Picker" sinqlının b tərəflərindən ikisini ehtiva edən Death Ramps təxəllüsü ilə son dərəcə məhdud sayda 250 ədəd vinil buraxdı.
Buraxılışının ilk həftəsində albom 227.993 ədəd nüsxə satdı, ilk albom olan Whatever People Say I Am, That's What I'm Not kimi Birləşmiş Krallıq albomlar hit paradında bir nömrəyə yüksələ bildi, lakin 130.000 ədəd daha az satdı. Brianstorm və Fluorescent Adolescent albomunun ilk iki sinqlı hər ikisi Böyük Britaniyanın ən yaxşı hitləri idi. Favourite Worst Nightmare-in ilk gündə 85.000 satışı, top 20-nin qalan hissəsini üstələdi, albomdakı on iki mahnı isə Birləşmiş Krallıq sinqllar hit-paradında ilk 200-ə daxil oldu. 2013-cü ilin sentyabrına qədər albom Birləşmiş Krallıqda 821.128 nüsxə satdı və o vaxtdan 2018-ci ilə qədər 3 dəfə platin sertifikatı qazandı. ABŞ-də albom ilk həftəsində təxminən 44.000 nüsxə sataraq yeddinci yerdə yekunlaşdı.