Fila () — qədim Attikada icma. Daha sonra bu icmaların yaşadığı Attikanın ərazi vahidləri filalar adlanmağa başlandı. Ata-baba filaları adətən üç (dorilərdə dörd) fratriyaya bölünürdü. Fila kahin və hərbi bölmələrini (onlar da həmçinin fila adlanırdı) yaratdı. Bu hərbi bölmənin başında Filarx () dururdu.

Afina Solon dövründə Afinada dörd fila var idi ki, onlardan 100 nəfər şəhər məclisinə nümayəndə kimi göndərilirdi. Miladdan əvvəl 508–507-ci illərdə Klisfen on yeni inzibati fila yaratdı və zadəgan nəsillərinin təsiri altında qalan köhnələrə yalnız dini funksiyaların yerinə yetirilməsini həvalə etdi. Yeni filalar tritiya (şəhər, sahil, dağlar) və demlərə bölünürdü. Hər yeni filanı şəhər məclisində (bule) 50 nəfər təmsil edirdi.

Filalar qəhrəmanların şərəfinə adlanırdılar. Eponim qəhrəmanlarına Afina aqorasında xüsusi monument ucaldılmışdır. Rəsmi sənədlərdə onlar müəyyən bir qaydada sadalanırdılar və ənənəvi olaraq Roma rəqəmləri ilə nömrələnirdilər. ArdıcıllıqQəhrəmanFilaIErexteyErexteyidlərIIEgeyEgeydlərIIIPandionPandionlarIVLeos (Orfeyin oğlu)LeontidlərVAkamantAkamantlarVIOyneyOyneyidlərVIIKekropsKekropidlərVIIIHippofoontHippofoontidlərIXAyaksEantidlərXAntioxAntioxidlər Ellinizm dövründə fila sayı 12-yə, Roma hökmranlığı dövründə isə 13-ə qaldırıldı.

Sparta Şəhər dorilər filalarının üç xalqı dimanlar, gilleylər və pamfillər buraya köçəndən sonra yarandı.

Ədəbiyyat

Xarici keçidlər

İstinadlar

Kateqoriya:Qədim Yunan cəmiyyəti Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Cəmiyyət