Məmməd Cümşüd oğlu Məmmədov () — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı, Azərbaycan Respublikasının əməkdar elm xadimi (2002).
Həyatı Məmməd Məmmədov 1937-ci il mayın 9-da Füzuli rayonunun Qarakollu qəsəbəsində anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. Professor olmuşdur. Rus dilini bilirdi.
Məmməd Məmmədov ailəli olmuşdur, üç övladı var.
Fəaliyyəti 1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 90 nömrəli Füzuli dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Məmməd Məmmədov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Məmməd Məmmədov Milli Məclisin İqtisadi siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə üzvü olub.
İstinadlar
Kateqoriya:Azərbaycan Milli Məclisinin I çağırış deputatları Kateqoriya:Azərbaycan siyasətçiləri