V Eduard (; ) — İngiltərə kralı.
Atası IV Eduardın ölümünün ardından kral elan edilsə də, tacqoyma mərasimi baş tutmadı. Kral naibi təyin edilən əmisi Qloster hersoqu Riçardın himayəsində qaldı. Ancaq bir neçə ay sonra əmi onu taxtdan endirərək III Riçard adı ilə krallığı ələ aldı. Kiçik qardaşı York hersoqu Riçardla birlikdə London qalasına həbs edildi və bir neçə ay sonra qalada müəmmalı şəkildə yoxa çıxdı. Şahzadələrin yoxa çıxmasında isə təqsirkar əmiləri görüldü. Mərhum kral IV Eduardın övladlarını qeyri-məşru elan edən bir parlament qərarı ilə öz taxt iddiasını isbat edən III Riçard taxtda çox qala bilmədi.
Mənbə
Ashley, Mike (2002). British Kings & Queens. Carroll & Graf. pp. 217–9. ISBN 0-7867-1104-3. Hicks, Michael (2003). Edward V: The Prince in the Tower. The History Press. ISBN 0-7524-1996-X. Kendall, Paul Murray (1955). Richard III. W. W. Norton & Co. ISBN 0-393-00785-5. Weir, Alison (1992). The Princes in the Tower. The Bodley Head. ISBN 0-370-31792-0.
İstinadlar
Eduard Kateqoriya:İngiltərə kralları Kateqoriya:Uels şahzadələri Kateqoriya:İtkin düşənlər