thumb|Sisleytaniya (Avstriya tacının torpaqları) qırmızı rəng ilə göstərilib Sisleytaniya ( sözündən, "Layta çayına qədər olan torpaqlar" mənasını verir) — 1867—1918-ci illərdə Avstriya-Macarıstan monarxiyasının tərkib hissələrindən biri və Avstriya İmperatorluğunun (Macarıstan krallığının yox) birbaşa nəzarət etdiyi ərazi.
Tarixi Avstriya torpaqlarının rəsmi adı idi ki, mənaca Reyxsratda (İmperiya Şurasında) təmsil olunan krallığlar və torpaqlar demək idi.
1867-ci il razılaşmasından əvvəl və onun nəticəsində yaranan Avstriya-Macarıstanın Sisleytaniya və Transleytaniya (yəni Layta çayının "bu və o tərəfindən") adlı hissələrə bölünmüşdür və "Avstriya" termini 1804-cü ildə yaradılan Avstriya İmperiyasının bütün torpaqları üçün ümumi bir ad kimi istifadə olunurdu. Avstriya-Macarıstan dövründə "Avstriya" ölkənin Sisleytaniya hissəsinə deyilirdi, Transleytaniya isə daha geniş mənada Macarıstan krallığına.
Coğrafi cəhətdən, Avstriya tacının torpaqlarına təkcə müasir Avstriya deyil, həm də Çexiya və Sloveniya, müasir Xorvatiya, Polşa və Ukraynanın əhəmiyyətli vilayətləri, həmçinin İtaliyanın bəzi bölgələri (Qoritsia, Triest və Tirolun bir hissəsi) daxil idi.
Avstriya-Macarıstanın tərkibində Sisleytaniya (Avstriya) torpaqları Macarıstandan ayrı parlament (yuxarıda qeyd olunan Reyxsrat), hökumət (nazir-prezident tərəfindən idarə olunan) və bir sıra digər idarəetmə orqanları.
İnzibati-ərazi bölgüsü "Reyxsratda təmsil olunan krallığlar və torpaqlar"a" daxil idi: Sıralamaİnzibati vahidin adıSahəsi (km²)Əhalisi (1902-ci il)Əhali sıxlığı (nəf./km²)1Aşağı Avstriya ershersoqluğu19 8233 204 793161,62Yuxarı Avstriya ershersoqluğu11 984819 62368,43Zalsburq hersoqluğu7153198 48527,74Ştiriya hersoqluğu22 4261 377 55961,45Karintiya hersoqluğu10 327369 51935,76Krayna hersoqluğu9956511 42451,37Avstriya Sahili: a) İstriya markqraflığı4955352 98771,28b) Qoritsa və Qradişka knyaz qrafılığı2918236 64181,19c) Triest şəhəri, bölgə ilə95184 5681942,810Tirol qraflığı26 682867 43832,511Forarlberq bölgəsi2602132 98951,112Bohemiya krallığı (Çexiya)51 9486 429 755123,813Moraviya markqraflığı22 2222 479 269111,614Sileziya qraflığı5147701 828136,315Qalisiya və Lodomeriya krallığı (Krakov şəhəri ilə)78 4937 495 60695,516Bukovina hersoqluğu10 442746 24571,417Dalmasiya krallığı12 835603 42547,0Cəmi300 00826 712 15489,6
İstinadlar
Kateqoriya:Avstriya-Macarıstan tarixi Kateqoriya:Mərkəzi Avropa coğrafiyası