thumb|right|Ukrayna. Kontuşun altından jupan geyinmiş Zaporojye kazakı.(1786)
Jupan () — XVI-XVIII əsrlərdə Şərqi Avropa ölkələrində, slavyan xalqlarında,Жупан // Толковый словарь живого великорусского языка / авт.-сост. В. И. Даль. — 2-е изд. — СПб. : Типография М. О. Вольфа, 1880—1882. (рос.) xüsusilə müasir Polşa, Belarus, Ukrayna, Litva ərazisində varlı təbəqələr (zadəganlar, bürgerlər) arasında geniş yayılmış rəngli, qızıl düymələr və bahalı xəzlər ilə bəzədilən geyim növüdür.Mały Słownik Języka Polskiego, Elżbieta Sobol (red.), Lidia Drabik, Warszawa: Wydawnictwo Naukowe PWN, 1995, ISBN 83-01-11737-0, OCLC 169998251. Polşada jupanla bağlı atalar sözü də geniş yayılmışdır: "Harada geyinilirsə jupan, orada yaşayır pan".Władysław Kopaliński, Podręczny słownik wyrazów obcych, Rytm 1999, ISBN 83-87893-78-1.
Bahalı parçalardan tikilirdi. Əvvəllər jupan yun parçadan və məxmərdən hazırlanırdı.Najnowsza Encyklopedia Powszechna A-Z,. Kraków: Wydawnictwo Zielona Sowa, 1980, s. 1062, 462. Gündəlik istifadə üçün nəzərdə tutulan jupanlar yun parçadan, müxtəlif tədbirlər və şənliklər üçün nəzərdə tutulan jupanlar isə ipək parçadan hazırlanırdı.Nowa Encyklopedia Powszechna - tom 6.. Warszawa: PWN, 1996, s. 1087. ISBN 83-01-11969-1. Jupan adətən, boz, sarı, mavi, qırmızı rənglərdə olurdu. Onun üstindən heyvan dərisindən hazırlanan və qılınc asılan kəmər bağlanırdı. Jupan,ilk vaxtlar zireh altından geyilən geyim kimi istifadə olunurdu və bir sözlə hərbi mundir hesab olunurdu. XVI-XVIII əsrlərdə onun modeli çox dəyişmədi, yalnız uzunluğu, yaxası kəsildi və istifadə olunan parça növü dəyişdi.
Qaynaqlara əsasən jupan haqqında ilk məlumat 1393-cü ilə aid olsa da, o, yalnız XVI əsrin ortalarından klassik geyim formalarından birinə çevrilmişdir.Лазука, Б. А. Слуцкія паясы і еўрапейскі тэкстыль XVIII. Малы лексікон / Б. А. Лазука. — Мінск: Беларусь, 2015. — 170 с. ISBN 978-985-01-1080-0. С. 14. Jupan uzun qollu və uzun ətəkli, dekorativ düymələri olan kişi geyimi isi. XVI əsrdə bu paltara xəz yaxalıq da daxil edilmişdir.
Jupan tədricən üst geyim kimi əhəmiyyətini itirdi və yalnız kontuş altından geyinilirdi. XVII əsrin ikinci yarısından etibarən hündür yaxalıqlar dar zolaqlar və ya adi örtüklü boyun haşiyəsi ilə əvəz edilmişdir. 1680-ci illərdən sonra jupan davamlı olaraq kontuş altında geyilirdi və bu iki geyim birlikdə XIX əsrin ortalarına qədər Polşanın milli geyiminə çevrilmişdi.Anna Sieradzka, Tysiąc lat ubiorów w Polsce, Arkady, Warszawa 2003, s.83 XVIII əsrdən sonra Jupan kətan və ya pambıq kimi ucuz parça hazırlandığına görə daha yüngül oldu.
İstinadlar
Qalereya
Xarici keçidlər
Жупан Жупан з музею (17 ст.)
Kateqoriya:Geyimlər Kateqoriya:Rusiyanın milli geyimləri