Elçin Cahangir oğlu Sadıqov — () — Azərbaycan futbolçusu, qapıçı.
Tərcümeyi halı Elçin Cahangir oğlu Sadıqov 14 iyun 1989-cu ildə Latviya SSR-nin Yelqava şəhərində anadan olmuşdur.
E. Sadıqov 1991-ci ildə ailəsi ilə birlikdə Azərbaycanın Zaqatala şəhərinə köçmüşdür. Burada beş il yaşadıqdan sonra ailə 1996-cı ildə Şəmkir şəhərinə köçmüşdür. Burada Elçin Sadıqov "Şəmkir" futbol klubunun uşaq qrupunda məşqlərə başlamışdır. 15 yaşında ikən Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının (U-17) heyətinə daxil edildiyinə görə daimi yaşamaq məqsədilə 2005-ci ildə Bakı şəhərinə getmişdir.
Klub karyerası Elçin Sadıqov 2008-ci ildən Azərbaycan Premyer Liqasında "Neftçi" Bakı komandasının şərəfini qorumağa başlamışdır. Bu vaxta qədər o, klubun ikinci komandasında — "Neftçi-2" — nin heyətində çıxış etmişdir.
2007-ci il mövsümündə — 2 avqust 2007-ci ildə Elçin Sadıqov "Neftçi" futbol komandasının tərkibində UEFA Kuboku uğrunda mübarizədə Avstriyanın "Rid" komandasına qarşı oynamışdır. Həmin oyunda "Neftçi" komandası 2:1 hesabı ilə qələbə qazanmışdır. 2008-ci il mövsümündə UEFA İntertoto Kuboku uğrunda mübarizədə Elçin Sadıqov "Neftçi" Bakı komandasının tərkibində Slovakiyanın "Nitra", Belçikanın "Jerminal" və Rumıniyanın "Vasluy" komandalarına qarşı oynamışdır.
Nailiyyətləri 2010–2011-ci il mövsümündə Futbol üzrə Azərbaycan çempionatının qalibi.
İstinadlar
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Rəvan Bakı FK futbolçuları