Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (), keçmiş mənbələrdə Moldaviya — Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir.
Etimologiya Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.
Əhali
Vətəndaşlıq 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasənBiroul Naţional de Statistică: Populaţia după cetăţenie, pe grupe de vîrstă, sexe şi medii/Население по гражданству, возрастным группам, полу и типу местности/Population by citizenship, age group, sex and area : Moldova əhalisinin ümumi sayı 3,383,332 nəfər olmuşdur. Onlardan: Moldova Respublikası vətəndaşları: 3,371,082 nəfər olmuşdur. Onlardan: İkili vətəndaşlığı olanlar: 12,705 nəfər Xarici dövlətlərin vətəndaşları: 6,486 nəfər olmuşdur. Onlardan: MDB və Baltikyanı dövlətlərin vətəndaşları: 5,554 nəfər Digər dövlətlərin vətəndaşları: 932 nəfər
Milli tərkib +Moldova əhalisinin milli tərkibi, 5–12 oktyabr 2004 sa.Population statistics of Eastern Europe (pop-stat.mashke.org): Ethnic composition of Moldova 2004 and Ethnic composition of Moldova 2004 (all places, Moldova & Transnistria) Office of the High Commissioner for Human Rights (OHCHR): WRITTEN REPLIES BY THE GOVERNMENT OF MOLDOVA CONCERNING THE LIST OF ISSUES (CERD/C/MDA/Q/7) RECEIVED BY THE COMMITTEE ON THE ELIMINATION OF RACIAL DISCRIMINATION RELATING TO THE CONSIDERATION OF THE FIFTH, SIXTH AND SEVENTH COMBINED PERIODIC REPORTS OF MOLDOVA (CERD/C/MDA/7) ---Seventy-first session, Geneva, 30 July-17 August 2007Population statistics of Eastern Europe (pop-stat.mashke.org): Ethnic composition of Transnistria 2004 Etnik qrup Moldova R. Etnik qrup Dnestryanı R. cəmi3 383 332cəmi555 347 moldavan2 564 850moldavan177 382 ukraynalı282 406rus168 678 rus201 219ukraynalı160 069 qaqauz147 500bolqar13 858 rumın73 276qaqauz4 096 bolqar65 662belorus3 811 qaraçı12 271alman2 071 belorus5 059yəhudi1 259 yəhudi3 608…… polyak2 383…… erməni1 829…… alman1 616…… tatar974…… azərbaycanlı891…… gürcü501…… yunan482…… litvalı259…… latış185…… eston77…… digər4 264digər6 924 m.g.14 020m.g.17 199 Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.
Dil Hazırda Moldovada rəsmi dil Moldovan dilidir. Bu dil Rumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxt Kişinyovda moldovanlar rus dilində də danışırlar.
+Əsas etnik qruplar və ana dili üzrə Moldova əhalisi, 2004 s.a.Biroul Naţional de Statistică: Populaţia după naţionalităţile de bază, limba maternă şi limba în care vorbeşte de obicei/Население по основным национальностям, родному языку и языку на котором обычно разговаривает/Population by main nationalities, mother tongue and language usually spoken Etnik qrup Say Moldovan dili Ukrayna dili Rus dili Qaqauz dili Rumın dili Bolqar dili Digər dillər Bilinmir cəmi3 383 3322 029 847186 394380 796137 774558 50854 40121 50414 108 moldovan2 564 8492 011 4033 60663 290402481 5934934 062… ukraynalı282 4068 189180 98189 8535102 358149366… rus201 2183 279586195 5731801 34116396… qaqauz147 5001 2746168 618136 155338318181… rumın73 2761 139131571371 327699… bolqar65 6622 0841109 13439568253 17879… digər34 4012 47836413 7511298699416 62195 m.g.14 0201…6…………14 013 *Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.
İqtisadiyyatı thumb|Moldovada şərab istehsalı Moldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilik Dnestr subasarlarında, meyvəçilik hər yerində yayılmışdır, əsas dənli bitkisi buğda və qarığdalıdır. Meşə-çöl zonasında şəkər çuğunduru becərilir. Öz tələbatını taxılla tam ödəyir. Heyvandarlıq şimalı və mərkəzində südlük-ətlik və donuzçuluq, cənubunda qoyunçuluqdur. ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su-elektrik stansiyaları fəaliyyət göstərir.
Təhsil 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalmasının yekunlarına əsasən: Ümumi ölkə əhalisinin sayı: 3,383,332 nəfər olmuşdur. Onlardan: 10 yaş və yuxarı yaşda olan əhalinin sayı: 3,012,069Biroul Naţional de Statistică: Populatţia în vîrstă de 10 ani şi peste după nivelul de instruire, pe medii, în profil teritorial/Население в возрасте 10 лет и старше по уровню образования и типу местности, в территориальном разрезе/Population aged 10 years and over by educational attaiment and area, in territorial aspect nəfər olmuşdur. Onlardan: Ali təhsillilərin sayı: 304,091 nəfər Orta-xüsusi peşə təhsillilərin sayı: 287,328 nəfər Orta təhsillilərin sayı: 910,387 nəfər Məcburi orta təhsillilərin sayı: 869,254 nəfər İbtidai təhsillilərin sayı: 533,111 nəfər Təhsili olmayan ancaq oxuyub-yazmağı bacaranların sayı: 77,431 nəfər Təhsili olmayan və oxuyub-yazmağı bilməyənlərin sayı: 30,025 nəfər Təhsili səviyyəsi haqqında məlumatları bildirməyənlərin sayı: 442 nəfər
Siyasət Ana məqalə: Moldovada seçkilər
Seçkilər sistemi Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.
İstinadlar
Kateqoriya:Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlər Kateqoriya:Avropa Şurasına üzv olan dövlətlər Kateqoriya:BMT üzvü olan ölkələr Kateqoriya:Dənizə çıxışı olmayan ölkələr Kateqoriya:Respublikalar Kateqoriya:Unitar respublikalar