Szpaku və ya Mateuş Yakub Şpakovski (, ) — polyak reper və söz yazıçısı. Musiqiçi BOR Records albom şirkəti ilə uzun müddət işləsə də, 2020-ci ilin əvvəlindən GUGU adlandırdığı öz albom şirkətini yaratmışdır. O, Paluch, Young Igi, Bialas, Guzior, Wlodi, Shellerni, Slo, Bezczel, Koldi, Kobik, Kaz Balaqeyn və Bedoes kimi bir çox musiqiçilərlə əməkdaşlıq etmişdir. Həyatı 6 yanvar 1994-cü ildə Polşanın Moronq şəhərində anadan olmuşdur. Təxminən, 21 yaşında, Slon adlı reperin "Xor melodiyası" albomu sayəsində rap ilə maraqlanmışdır. 2015-ci ildə "Zachianki" adlı ilk mahnısını çıxartmışdır. Bir müddət sonra musiqiçi Alcomindz şirkəti ilə əməkdaşlıq etməyə başlamışdır. Alcomindz şirkəti ilə 2016-2017 tarixində "Young Simba" adlı bir musiqi hazırlamışdır. Avqust ayının sonunda isə məşhurluq qazandığı BOR Records albom şirkətinə qoşulmuşdur. 19 oktyabr 2018-ci ildə "Atipik" adlı ilk albomu, 1 həftə ərzində 16.000 ədəd satıldı. "Atipik" albomu Polşa sıralamasında 2-ci yerə yüksəldi. Premyerasından təxminən iki ay sonra platin statusunu əldə etdi. 2020-ci ildə isə premyerasından iki həftə sonra 15.000 nüsxə satan "Dzieci duchy" adlı albomu qızıl statusu əldə etmişdir. Diskoqrafiya Studiya albomları Buraxılış ili Albom məlumatları Sırası Satış Mükafatlar 2018 Qeyri-tipik () Tarixçə: 19 oktyabr 2018 Leybl: B.O.R. Recrods Format: CD, onlayn 2 POL: 90 000+ Audio-Video İstehsalçıları Birliyi: 3 ədəd platin mükafat2020 Uşaq ruhu () Tarixçə: 28 fevral 2020 Leybl: GUGU Fomat: CD, onlayn 2 POL: 30 000+ Audio-Video İstehsalçıları Birliyi: 1 ədəd qızıl mükafat2021 Çəhrayı Pantera () Tarixçə: 28 yanvar 2021 Leybl: GUGU Fomat: CD, onlayn 1 POL: 60 000+ Audio-Video İstehsalçıları Birliyi: 2 ədəd qızıl mükafat2022 Cənab Mateuszun xəyali dostları üçün ev () Tarixçə: 7 aprel 2022 Leybl: GUGU Fomat: CD, onlayn 1 POL: 30 000+ Audio-Video İstehsalçıları Birliyi: 1 ədəd qızıl mükafat
İstinadlar
Həmçinin bax