Qazi () — döyüşdə iştirak edən, yaralanan və sağ qayıdan əsgərə deyilir. İslamiyyətdə bildirilir ki, qazi üçün qəzada alınan qənimət dini bir mükafatdır. Qənimətin beşdə dördünün birbaşa döyüşdə olub-olmamasından asılı olmayaraq, döyüşə hazır olan əsgərlər arasında bölünməsi lazımdır.

Modern Azərbaycan dilində məna dəyişikliyinə uğramış və "müharibədə iştirak etmiş şəxs" mənasına gəlmişdir. Müasir dildə veteran sözünün qarşılığı kimi də işlədilir.

İstinadlar

Kateqoriya:İslam tarixi Kateqoriya:Döyüşlər Kateqoriya:Ərəb dilində sözlər və ifadələr Kateqoriya:İslam terminləri Kateqoriya:İslamın hərb tarixi Kateqoriya:Cihad Kateqoriya:Döyüşçülər Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri Kateqoriya:İslamı qəbul etmək Kateqoriya:Məhəmmədin döyüşləri