Tərlan Novxanı () — azərbaycanlı meyxanaçı, müğənni, aktyor, bəstəkar.- Tərlan Novxanılı əməliyyat olunub.
Həyatı Cavadov Tərlan Xanlar oğlu 16 oktyabr 1985-ci ildə Bakı şəhərində anadan olub. 1990-1999-cu illərdə Bakı şəhəri Binəqədi rayonunda yerləşən, 20 Yanvar qurbanı Rüstəm Əliyevin adını daşıyan 3 №-li tam orta məktəbdə oxuyub. 1999-2003-cü illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin avtonəqliyyat fakültəsində, 2003-2008-ci illərdə isə Bakı Avrasiya Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 2008-2009-cu illərdə həqiqi hərbi xidmətini keçərək, baş əsgər rütbəsini alıb.
Şəxsi həyatı Tərlan Novxanı 2005-ci ildə ailə həyatı qurub və üç övladı var ilk göz ağrısının adı kənandır
Yaradıcılıq fəaliyyəti 14 yaşından meyxana oxumağa başlayıb. İlk ustadı - meyxanaçı Oqtay Kamil olub. 15-16 yaşlarında toy mərasimlərində ifaçılıq etməyə başlayıb. Professional meyxanaçı karyerası 2005-ci ildə başlayıb. Məhz bu ildə, "Səbuhi Studiyası"nda, Emin Elxanoğlu ilə duetdə "O gözəl yar" adlı ilk albomu işıq üzü görüb. Azərbaycanın bir çox tanınmış müğənniləri ilə duetlər oxuyub və kliplər çəkdirib.Şəbnəmlə Tərlan yenidən bir arada VİDEO Klip çəkilişləri, o cümlədən Türkiyədə də baş tutub.Türkiyədən azərbaycanlı meyxanaçıya müdhiş TƏKLİF: "GƏL BURA ..."
Hal-hazırda Azərbaycanın ən populyar meyxanaçılarından biridir. Əsasən qafiyəli janrda, müxtəlif mövzularda meyxanalar ifa edir. 2012-ci ildə, ANS telekanalında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirakçı olub. Mütəmadə olaraq xeyriyyə məqsədliДля азербайджанских военнослужащих организован концерт В Евлахе прошел праздничный концерт для военнослужащих və bayram tədbirlərində və konsert proqramlarında iştirak edir.В бакинский поселках прошли концерты, посвященные дню молодежи
16 aprel 2018-ci il tarixində, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin və Xocalı Mərkəzi rayon Xəstəxanasının təşkilatçılığı ilə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində Xocalı rayonundan olan məcburi köçkünlərin övladları və nəvələri üçün keçirilən sünnət mərasimində iştirak edib.
19 oktyabr 2018-ci il tarixində "Xocalı Soyqırımını Tanıtma" və "Yeni Yurd" Sosial İnkişaf İctimai birliklərinin, həmçinin "Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu"nun birgə təşkilatçılığı ilə cəbhə bölgəsində yerləşən "N" hərbi hissəsində Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrimizin yaranmasının 100-cü ildönümü ilə əlaqədarkeçirilən tədbirdə ağacəkmə aksiyasında iştirak edərək, hərbi hissənin şəxsi heyəti qarşısında konsert proqramı ilə çıxış edib.Hərbi hissədə ağacəkmə aksiyası
17 noyabr 2018-ci il tarixində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Günü ilə əlaqədar solo konserti keçirilib. Özbəkistanda populyarlığı 2017-ci ildə, Özbəkistanın əməkdar artisti və tanınmış müğənnilərindən biri olan Uluqbek Rahmatullayevin Tərlan Novxanı ilə birgə oxuduğu "O gözəl yar” mahnısı hər iki ölkədə böyük populyarlıq qazandıqdan sonraВеликолепный концерт мастеров Узбекистана в Баку , Rahmatullayev Tərlan Novxanını Özbəkistana dəvət edib və Daşkənddə baş tutan konsertdə iki sənətçinin dueti gerçəkləşib. "Özbəkistandan sevgilərlə" adlı daha bir konsert proqramı, 2019-cu ilin dekabr ayında, Bakıda, Heydər Əliyev adına sarayda baş tutub.Во Дворце Гейдара Алиева в Баку с большим успехом выступили звезды узбекской эстрады Məhz bu duetdən sonra "O gözəl yar” mahnısı, azərbaycanlı meyxanaçının repertuarında ən məşhur mahnıya çevrilib.Певец Тарлан Новханы с блеском выступил в Узбекистане
2018-ci ildə, Özbəkistanın məşhur xanım müğənnisi Mənzurə ilə birlikdə, söz və musiqisi Tərlan Novxanının özünə aid olan "Xəyanət etmərəm"Узбекская звезда и азербайджанский мейханачы - история любви в Баку (ВИДЕО, ФОТО) və "Ayrı dünyalar" adlı kliplər çəkdirib.
Aktyorluq fəaliyyəti 2019-cu ildə Sumqayıtın "Dünya TV" telekanalında yayımlanan "Çətin həyat", 2020-ci ildə isə ATV kanalındakı "Aldanmış hisslər" seriallarında çəkilib.
Filmoqrafiya 2020 - "Aldanmış hisslər" (serial, ATV kanalı) 2019 - "Çətin həyat" (serial, DTV kanalı)
Albomlar
2007 - "Ölürəm sənsiz" 2006 - "Badi Səba" 2005 - "O gözəl yar"
Kliplər 2020 - "Havalana bilərəm" 2019 - "Qar yağdı" 2019 - "Qəm dolu dünya" 2019 - "Gəldi bahar" 2019 - "Ramazan" (Adil Əkbərov ilə duet) Tərlan Novxanı & Adil Əkbərov - Ramazan 2019 / Official Clip 2018 - "Sevsə məni" (Bimar 2) Tərlan Novxanı - Sevsə Məni (Bimar 2) 2018 / Official Video 2018 - "Xəyanət etmərəm" (Solo) 2018 - "Xəyanət etmərəm" (Özbəkistan müğənnisi Manzura ilə duet) 2018 - "Ayrı dünyalar" (Özbəkistan müğənnisi Manzura ilə duet) 2018 - "Sevə bilmirəm"
Mahnılar 2020 - "Sevgi payımsan" 2020 - "Mübarək olsun" 2019 - "Badi Səba" 2019 - "Bir ürək" 2018 - "Azərbaycanım" 2018 - "Sevə bilmirəm" 2018 - "Getdi o qız" Tərlan Novxanı - Getdi O Qiz (Official Audio) 2018 - "Övlad" 2018 - "Rəvayət" 2018 - "Ayrı dünyalar" 2018 - "Sevinc getdi" Tərlan Novxanı - Sevinc Getdi (Official Audio) 2018 2018 - "Xəyanət etmərəm" 2018 - "Kədər olmayaydı" 2018 - "Qovuşa bilmərik" 2018 - "Könül həmdəmim" 2018 - "Mən Artıq Sevə Bilmirəm" 2018 - "Son zəng" (Eminlə duet) 2017 - "Bimar"
Duetlər
2020 - Vəfa Şərifova - "Çarə nədir" 2019 - Şəbnəm Tovuzlu - "Bimar" 2019 - Nigar Şabanova - "Bir ürək" Tərlan Novxanı & Nigar Şabanova - Bir Ürək 2019 (Music Video) 2019 - Şəbnəm Tovuzlu və Mehdi Masallı ilə trio - "Olduğu kimi" 2019 - Adil Əkbərov - "Ramazan" Tərlan Novxanı və Adil Əkbərov - "Ramazan", Klip, 2019 2018 - "Sevmə məni" ; 2018 - "Xəbərin yoxdur" . 2018 - Manzura (Özbəkistan) - "Ayrı dünyalar" 2018 - Manzura (Özbəkistan) - "Xəyanət etmərəm" 2017 - Uluqbek Rahmatullayev (Özbəkistan) - "O gözəl yar"
İstinadlar
Xarici keçidlər Rəsmi saytı Rəsmi Instagram səhifəsi Rəsmi YouTube kanalı Rəsmi Facebook səhifəsi Rəsmi TikTok səhifəsi
Kateqoriya:Meyxanaçılar Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycanın kişi müğənniləri