Loqos – Yunan dilindəki ilkin mənası söz, sonralar isə düşüncə, fikir, anlam, əql kimi mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin.
Loqosun mənası Loqos Yunan fəlsəfəsində kainatın sirri mənasındadır. Aləmdə olan dəyişmələr və harmoniyanın təcəssümüdür. Kainata hakim olan zəkanın ümumuləşdirilmiş adıdır. Orta əsrlərdə Loqos “tam ağıl” və ya “son səbəb” kimi ərəb dilinə tərcümə edilmişdir. İudaizmdə Loqos Allahın qüdrəti və hakimiyyəti mənasında işlədilmişdir. Xristian fəlsəfəsi və sxolastikasında Loqosa daha geniş yer verilmiş və onu söz hesab etmişlər. Loqos “kəlmə” mənası daşımış və müxtəlif hermenvtik metodlarla təfsir və təvil edilmişdir. Loqos tarixin müxtəlif dövrlərində müxtəlif mənalar kəsb etdiyindən bu araşdırmada qısa olaraq, onun mahiyyət və manası xristianlıq sxolastikasında tədqiq olunmuşdur.Loqos və mahiyyəti, Ələddin Məlikov, Elm və Həyat jurnalı, 467-468
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
Kateqoriya:İdeyalar tarixi Kateqoriya:Yunan dilində sözlər və ifadələr Kateqoriya:Fəlsəfi nəzəriyyələr Kateqoriya:Xristian terminologiyası Kateqoriya:Ritorika Kateqoriya:Tənqidi düşüncə Kateqoriya:Qədim xristianlıq Kateqoriya:Metafizika nəzəriyyələri Kateqoriya:Ontologiya Kateqoriya:Teologiya Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi anlayışları Kateqoriya:Qədim Yunanıstan fəlsəfəsi nəzəriyyələri Kateqoriya:Stoaçılıq