Besim Bokşi (; ) — Albaniya şairi, dilçi və filoloq. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının prezidenti olmuşdur.

Karyerası Besim 16 avqust 1930-cu ildə Yakova şəhərində anadan olmuşdur. O, hələ uşaq ikən valideynləri Albaniyaya köçdülər. İlk təhsilini Vlyora şəhərinin yaxınlığındakı Dukat kəndində almışdır. Bir neçə il sonra təhsilini Tiranada davam etdirdi.

1945-ci ildə Djakovitsaya qayıtmış və 1959-cu ilə qədər universitetdə təhsil almışdır, sonra Belqradda aspirantura dərəcsini bitirdi. 1961–1963-cü illərdə Yakova məktəblərinin birində alban dilindən dərs deməyə başladı. 1967–1973-cü illərdə Ali Pedaqoji Məktəbdə morfologiya fənnindən dərs demiş, eyni zamanda 1967–1971-ci illərdə bu məktəbin direktoru olmuşdur. O, həmçinin 8 ay Albanologiya Universitetində də işləmişdir. 1974-cü ildən Priştina Universitetində mühazirələr keçirdi. 1977-ci ildə Priştina Universitetinin filologiya elmləri doktoru dərəcəsini aldı. 2008-ci ildən 2011-ci ilə qədər Kosovo Elmlər və İncəsənət Akademiyasının vitse-prezidenti, sonra isə prezidenti olmuşdur.

Bokşi 1968-ci ildə dilçilik mövzusunda məsləhətləşmələr zamanı Yekun Komissiyanın üzvü idi. O, həm də 1973-cü ilin noyabr ayında Tiranada keçirilən Alban Yazı Konqresində nümayəndə kimi iştirak etmişdir.

Besim Bokşi 16 avqust 2014-cü ildə vəfat etdi.

Əsərləri

Poeziya In Expectation (Në Pritje), Priştina, 1966 Broken Shadows (Hije të këputura), Peç, 1996

Dilçilik Development of the Formation of the Present Nominal Flexion of Albanian (Rruga e formimit të sotëm nominal të shqipes), Priştina, 1980 Postposition of the article in Balkan languages (Prapavendosja e nyjes në gjuhët ballkanike), Priştina, 1984 The Participle in Albanian: A Diachronic View (Pjesorja e shqipes: vështrim diakronik), Priştina, 1998 On Personal Pronouns in Albanian (Për vetorët e shqipes), Priştina, 2004.

İstinadlar

Kateqoriya:Kosovo albanları Kateqoriya:Serbiya şairləri Kateqoriya:XXI əsr şairləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:Serbiya yazıçıları Kateqoriya:Yuqoslaviya yazıçıları