Aleks Şibutani (; 25 aprel 1991, Boston, Massaçusets, ABŞ) — Birləşmiş Ştatları təmsil edən fiqurçu. Aleks Şibutani, Maya Şibutani ilə birgə 2008-ci ildən 2018-ci ilə qədər beynəlxalq yarışlarda mübarizə aparıb. Şibutani cütlüyü, 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərinin ev sahibliyində baş tutan XXIII Qış Olimpiya Oyunlarında 2 dəfə bürünc medalın sahib olub.

Şibutani cütlüyü, həm də 2011-ci və 2017-ci illərdə baş tutan Dünya Çempionatlarının bürünc, 2016-cı ildə baş tutan çempionatın isə gümüş medalına sahib olub, 2 dəfə (2016–2017 və 2017–2018) ISU Qran-Pri Finalında bürünc medala, 2009-cu ildə gənclər arasında Dünya Çempionatında gümüş medala, habelə 8 dəfə (2011, 2012, 2015 və 2018-ci illərdə gümüş, 2013 və 2014-cü illərdə gümüş, 2016 və 2017-ci illərdə isə qızıl) isə ABŞ Çempionatının medallarına sahib olub.

Karyerası ərzində 55 yarışa qatılan Şibutani cütlüyü, onların 14-də qızıl medal, 14-də gümüş medal, 14-də isə bürünc medal qazanıb.

Həyatı Aleks Hideo Şibutani 1991-ci il aprelin 25-də Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. Onun atası Kris Şibutani və anası Naomi Şibutani milliyyətcə yapondurlar. O və bacısı Maya Şibutani, 1998-ci ildə Köhnə Qrinuiç rayonunda idmanla məşğul olmağa başladılar. Onlar, 2005-ci ildən Kolorado ştatının Kolorado Sprinqs şəhərində, 2008-ci ildən isə Miçiqan ştatının Ann-Arbor şəhərində yaşamağa başladılar. O və bacısı, Miçiqan Universitetinin məzunlarıdır.

Karyerası

2008–2009-cu illər: Gənclərin Dünya Çempionatında gümüş medal thumb|260x260px|alt=|Şibutani cütlüyü 2009-cu il gənclərin Dünya Çempionatında|left Şibutani cütlüyü, 2008–2009-cu illər mövsümündə gənclər arasında baş tutan beynəlxalq yarışlarda mübarizə apardı. 28–30 avqustda Fransanın Kurşevel şəhərində baş tutan gənclər arasında ISU Fransa Qran-Prisində Şibutani cütlüyü, məcburi rəqsdə 28.50 bal, orijinal rəqsdə 50.46 bal, sərbəst rəqsdə isə 78.90 bal topladı və ümumi nəticədə 157.85 balla birinci pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, gənclər arasında ISU Fransa Qran-Prisinin qalibi oldu.

Daha sonra Şibutani cütlüyü, 25–28 sentyabrda İspaniyanın Madrid şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU İspaniya Qran-Prisində mübarizə apardı. Məcburi rəqsdə 32.04 bal, orijinal rəqsdə 54.22 bal, sərbəst rəqsdə isə 80.30 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 166.56 balla gənclər arasında ISU İspaniya Qran-Prisinin gümüş medalına sahib oldu. Mövsüm ərzində baş tutan gənclər arasında ISU Qran-Pri yarışlarında bir qızıl və bir gümüş medala sahib olan Şibutani cütlüyü, Cənubi Koreyanın Koyan şəhərində baş tutan ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Gənclər arasında ISU Qran-Pri Finalında Şibutani cütlüyü, orijinal rəqsdə 48.05 balla yeddinci pillənin, sərbəst rəqsdə isə 74.55 balla üçüncü pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 122.60 balla 8 idmançı sırasında gənclər arasında ISU Qran-Pri Finalını dördüncü pillədə başa vurdu.

2009-cu ilin 18–25 yanvarında Ohayo ştatının Klivlend şəhərinin ev sahibliyində gənclər arasında ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, fevral ayında baş tutacaq gənclər arasında Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, məcburi rəqsdə 32.90 bal, orijinal rəqsdə 52.70 bal, sərbəst rəqsdə isə 76.36 bal topladı və ümumi nəticədə 162.04 balla 14 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, gənclər arasında ABŞ Çempionatının gümüş medalına sahib oldu.

Mövsümün əsas yarışı – 22 fevral-1 martda Bolqarıstanın Sofiya şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Gənclərin ABŞ Çempionatının gümüş medalına sahib olan Şibutani cütlüyü, Dünya Çempionatının da medalına iddialı idi. Şibutani cütlüyü, məcburi rəqsdə 30.72 balla 5-ci, orijinal rəqsdə isə 52.10 balla 4-cü pillənin sahibi olduğu üçün medal qazanmaq şansları az idi. Amma Şibutani cütlüyü, sərbəst rəqsdə inamlı mübarizə apardı və 80.34 balla 2-ci pillənin sahibi oldu. Ümumi nəticədə 162.16 balla 33 idmançı sırasında 2-ci pillənin sahibi olan Şibutani cütlüyü, gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.

2009–2010-cu illər: Gənclərin Qran-Pri Finalında bürünc medal thumb|272x272px|alt=|Şibutani cütlüyü 2010-cu il gənclərin Dünya Çempionatında Şibutani cütlüyü, 2009–2010-cu illər mövsümündə də gənclər arasında baş tutan beynəlxalq yarışlarda mübarizə apardı. 2–5 sentyabrda Birləşmiş Ştatlarda baş tutan gənclər arasında ISU ABŞ Qran-Prisində Şibutani cütlüyü, məcburi rəqsdə 34.10 bal, orijinal rəqsdə 56.36 bal, sərbəst rəqsdə isə 85.52 bal topladı və ümumi nəticədə 175.98 balla birinci pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, gənclər arasında ISU ABŞ Qran-Prisinin qalibi oldu.

Daha sonra Şibutani cütlüyü, Xorvatiyanın Zaqreb şəhərinin ev sahibliyində baş tutan gənclər arasında ISU Xorvatiya Qran-Prisində mübarizə apardı. Məcburi rəqsdə 35.64 bal, orijinal rəqsdə 54.30 bal, sərbəst rəqsdə isə 84.08 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 174.02 balla gənclər arasında ISU Xorvatiya Qran-Prisinin qızıl medalına sahib oldu. Mövsüm ərzində baş tutan gənclər arasında ISU Qran-Pri yarışlarında 2 qızıl medala sahib olan Şibutani cütlüyü, Yaponiyada baş tutan ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Yaponiyada baş tutan gənclər arasında ISU Qran-Pri Finalında Şibutani cütlüyü, orijinal rəqsdə 56.22 balla 2-ci pillənin, sərbəst rəqsdə isə 84.54 balla 3-cü pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 140.76 balla 8 idmançı sırasında gənclər arasında ISU Qran-Pri Finalını üçüncü pillədə başa vurdu və bürünc medalın sahibi oldu.

2010-cu ilin 14–24 yanvarında Vaşinqton ştatının ev sahibliyində gənclər arasında ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, martda ayında baş tutacaq gənclər arasında Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, məcburi rəqsdə 35.72 bal, orijinal rəqsdə 56.18 bal, sərbəst rəqsdə isə 88.80 bal topladı və ümumi nəticədə 180.70 balla 14 idmançı sırasında birinci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, gənclər arasında ABŞ Çempionatının qızıl medalına sahib oldu.

Mövsümün əsas yarışı – 8–14 martda Niderlandın Haaqa şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı idi. Ötən il baş tutan çempionatının gümüş medalına sahib olan Şibutani cütlüyü, bu səfər də Dünya Çempionatının medalına iddialı idi. Şibutani cütlüyü, məcburi rəqsdə 35.28 balla 2-ci, orijinal rəqsdə 52.68 balla 4-cü, sərbəst rəqsdə isə 82.42 balla 4-cü pillənin sahibi oldu. Ümumi nəticədə 170.38 balla 34 idmançı sırasında dördüncü pillənin sahibi olan Şibutani cütlüyü, gənclər arasında Dünya Çempionatını medalsız başa vurdu.

2010–2011-ci illər: Dünya Çempionatında bürünc medal thumb|310x310px|alt=|Şibutani cütlüyü 2010-cu il Yaponiya Qran-Prisində|left Şibutani cütlüyü, 2010–2011-ci illər mövsümünün əvvəlində Almaniyanın Oberstdorf şəhərinin ev sahibliyində baş tutan "Nebelhorn Trophy" beynəlxalq yarışında mübarizə apardı. Qısa proqramda 46.90 balla 8-ci pillənin sahibi olan Şibutani cütlüyünün, medal qazanmaq şansları az idi. Şibutani cütlüyü, bir gün sonra baş tutan sərbəst proqramda 86.10 balla 2-ci pillənin sahibi olsa da, ümumi nəticədə 133.00 balla "Nebelhorn Trophy" beynəlxalq yarışını beşinci pillədə başa vurdu.

"Nebelhorn Trophy" beynəlxalq yarışınıda apardığı uğursuz mübarizədən sonra Şibutani cütlüyü, Yaponiyanın Naqoya şəhərində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı. Şibutani cütlüyü, qısa proqramda 54.68 balla 5-ci pillənin, sərbəst proqramda isə 84.26 balla 2-ci pillənin sahibi oldu və ümumi nəticədə 138.94 balla ISU Yaponiya Qran-Prisinin gümüş medalına sahib oldu.

Daha sonra Şibutani cütlüyü, 11–14 noyabrda Birləşmiş Ştatların Oreqon ştatının Portlend şəhərinin ev sahibliyində baş tutan ISU ABŞ Qran-Prisində mübarizə apardı. Qısa proqramda 56.46 bal, sərbəst rəqsdə isə 88.36 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 144.82 balla ISU ABŞ Qran-Prisinin bürünc medalına sahib oldu. Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında sadəcə 2 bürünc medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazana bilmədi.

2011-ci ilin 22–30 yanvarında Şimali Karolina ştatının Qrinsboro şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, aprel ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 72.48 bal, sərbəst proqramda isə 102.72 bal topladı və ümumi nəticədə 175.20 balla 15 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, ABŞ Çempionatının gümüş medalına sahib oldu.

2011-ci ilin 15–20 fevralında Tayvanınnın Taybey şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 62.04 balla dördüncü pillənin, sərbəst proqramda isə 94.34 balla 2-ci pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 156.38 balla Dörd Qitə Çempionatının gümüş medalına sahib oldu.

Mövsümün əsas yarışı – 25 aprel-1 mayda Rusiyada baş tutan Dünya Çempionatı idi. Dünya Çempionatlarında debüt edən Şibutani cütlüyü, qısa proqramda 68.88 balla 4-cü, sərbəst proqramda isə 96.92 balla 3-cü pillənin sahibi oldu. Ümumi nəticədə 165.80 balla 32 idmançı sırasında üçüncü pillənin sahibi olan Şibutani cütlüyü, Dünya Çempionatının bürünc medalına sahib oldu.

2011–2012-ci illər: Uğursuz mövsüm thumb|272x272px|alt=|Şibutani cütlüyü 2011-ci il Çin Qran-Prisində Şibutani cütlüyü, 2011–2012-ci illər mövsümünün əvvəlində Finlandiyanın Vantaa şəhərinin ev sahibliyində baş tutan "Finlandia Trophy" beynəlxalq yarışında mübarizə apardı. Qısa proqramda 58.45 balla, sərbəst proqramda isə 92.65 balla 2-ci pillələrin sahibi olan Şibutani cütlüyü, ümumi nəticədə 151.10 balla "Finlandia Trophy" beynəlxalq yarışını gümüş medalla başa vurdu.

"Finlandia Trophy" beynəlxalq yarışınıdan sonra Şibutani cütlüyü, 2–6 noyabrda Çinin Şanxay şəhərində baş tutan ISU Çin Qran-Prisində (Cup of China) mübarizə apardı. Şibutani cütlüyü, qısa proqramda 57.80 balla, sərbəst proqramda isə 90.62 balla 2-ci pillələrin sahibi oldu və ümumi nəticədə 148.42 balla ISU Çin Qran-Prisinin gümüş medalına sahib oldu.

Daha sonra Şibutani cütlüyü, 10–14 noyabrda Yaponiyanın Sapporo şəhərinin ev sahibliyində baş tutan ISU Yaponiya Qran-Prisində (NHK Trophy) mübarizə apardı. Qısa proqramda 60.02 bal, sərbəst proqramda isə 92.84 bal toplayan Şibutani cütlüyü, ümumi nəticədə 152.86 balla ISU Yaponiya Qran-Prisinin qızıl medalına sahib oldu. Mövsüm ərzində baş tutan ISU Qran-Pri yarışlarında bir qızıl və bir gümüş medala sahib olan Şibutani cütlüyü, ISU Qran-Pri Finalına vəsiqə qazandı.

Kanadada baş tutan ISU Qran-Pri Finalında mübarizə aparan Şibutani cütlüyü, qısa proqramda 65.54 bal, sərbəst proqramda isə 95.02 bal topladı. Bu minvalla da Şibutani cütlüyü, ümumi nəticədə 160.56 balla ISU Qran-Pri Finalını beşinci pillədə başa vurdu.

2012-ci ilin 22–30 yanvarında Kaliforniya ştatının San-Xose şəhərinin ev sahibliyində ABŞ Çempionatı baş tutdu. Həmin çempionatda 1–3 pillələrin sahibi olacaq idmançılar, mart ayında baş tutacaq Dünya Çempionatına vəsiqə qazanacaqdılar. Şibutani cütlüyü, qısa proqramda 72.62 bal, sərbəst proqramda isə 106.24 bal topladı və ümumi nəticədə 178.86 balla 14 idmançı sırasında 2-ci pillənin sahibi oldu. Bu minvalla da Şibutani cütlüyü, növbəti dəfə ABŞ Çempionatının gümüş medalına sahib oldu.

2012-ci ilin 6–12 fevralında Birləşmiş Ştatların Kolorado Sprinqs şəhərinin ev sahibliyində Dörd Qitənin Çempionatı baş tutdu. Şibutani cütlüyü, qısa proqramda 64.38 balla, sərbəst proqramda isə 95.92 balla dördüncü pillənin sahibi oldu. Bununla da Şibutani cütlüyü, ümumi nəticədə 160.30 balla Dörd Qitə Çempionatını dördüncü pillədə başa vurdu.