Kutammaku və ya Batammariba torpağı — Toqonun şimalında yerləşən və 2004-cü ildə UNESCO-nun Ümumdünya irsi təyin edilmiş mədəni landşaft.Dominique Sewane, ′Ceux qui malaxent la peau fine de la terre′. Les Batammariba. Anthropologie de l'habiter, 40th Session of Unesco Heritage – Istanbul: THE ETHIC VALUES OF KOUTAMMAKOU, Courrier des Afriques Ərazidə hələ də üstünlük verilən ənənəvi palçıq qalalar var. Ənənəvi palçıq evləri Toqonun milli simvolu kimi tanınır. Bu evlərin çoxunda iki mərtəbə, bəzilərində isə yastı bir dam var.

2008-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Şöbəsi (ICH), abidələrin Ümumdünya irsi siyahısına yazılmasını tamamlamaq üçün "Batammaribanın qeyri-maddi mədəni irsinin mühafizəsi"-ni qurdu. Məqsəd, nəsillərarası ötürülmədə davamlılığın təmin edilməsi və mədəniyyətin bütün vacib sahələrində bacarıq və biliklərin qorunması idi. Bu proqram, Mədəniyyət Nazirliyi və Toqonun İbtidai Təhsil Nazirliyi tərəfindən koordinasiya edilmişdi.

UNESCO, Kutammakuya 2018-ci ilin oktyabrın 19-dan 24-dək yağan yağışların yaşayış və qeyri-maddi irsə vurduğu ziyanı qiymətləndirmək üçün təcili bir missiya təşkil etdi.

İstinadlar

Ədəbiyyat

Philippe et Marie Huet, Koutammakou : portraits en pays somba, Nord Bénin, Hesse, Saint-Claude-de-Diray, 2012, 155 p. () Albert-Marie Maurice, Atakora : Otiau, Otammari, Osari, peuples du Nord-Bénin (1950), Académie des Sciences d’Outre-Mer, Paris, 1986, 481 p. () Paul Mercier, Tradition, changement, histoire. Les “Somba” du Dahomey septentrional, Anthropos, Paris, 1968, 538 p. Suzanne Preston-Blier, The Anatomy of Architecture – Ontology and metaphor in Batammaliba architectural expression, Cambridge University Press, Cambridge, 1987, 314 p. ()

Kateqoriya:Toqodakı ümumdünya irsi