Əl Hüseyn () — İraqda hazırlanan tək mərhələli qısa mənzilli ballistik raket. Raket Sovet Skad döyüş raketinin təkmilləşdirilmiş bir versiyasıdır. Raket İran-İraq müharibəsi zamanı və Körfəz müharibəsi zamanı İraq Ordusu tərəfindən geniş şəkildə istifadə edilmişdir. Hərəkət mənzili təxmini olaraq 644 km, uçuş hündürlüyü təxminən 151 km, lülə çapı 0.9 m olmuşdur.