Kremnitsa (, , ) — Slovakiyanın mərkəzində, Kremnitsa dağının ətəyində yerləşən şəhər.

Əhalisi təxminən 6 min nəfərdir.

Tarixi left|thumb|Kremnitsa qalası Kremnitsa yaxınlığında ilk qızıl hasilatı X əsrdə aparılmışdır. Təxminən, elə o illərdə Kremnitsabanya yaşayış məntəqəsi yaranmışdır. Rəvayətə görə, ovçular bu yerdə bıldırçin quşunu tutmuşdular ki, onun ayaqları üzərində qızıl qumdan ibarət dənəciklər tapdılar. Son qızıl 1970-ci ildə hasil edildi.

XIII əsrdə Kremnitsada əzəmətli müdafiə qalası inşa edildi. 1328-ci ildə Macarıstan kralı Karl Robert Kremnitsaya azad kral şəhəri statusu verilir və burada zərbxana açılır. Kremnitsa dukatları orta əsr Avropasında hörmətə malik pul vahidi idi. Qızıl Kremnitsaya sərvət və şöhrət gətirdi. Slovakiya avrozonaya daxil olmamazdan əvvəl burada hələ də krona sikkəsinin zərbi davam edirdi. Hazırda Kremnitsa Slovakiyanın ən məşhur turizm yerlərindən biridir.

İstinadlar

Xarici keçidlər Rəsmi saytı Kremnitsadakı Numizmatika Muzeyi Kremnitsa qalası haqqında məlumat Kremnitsa virtual şəhər (slovak və ingilis dillərində)

Kateqoriya:Slovakiya şəhərləri Kateqoriya:Kremnitsa