Ust-Yana ulusu () — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Deputatski qəsəbəsidir. Coğrafiyası Ulus Saxanın şimalında yerləşir. Sahəsi - 120,3 min km²-dir. Ulus ərazisindən Yana, Omoloy, Çondon və digər çaylar axır. Ən böyük gölləri: Bustax, Orotko. Ulus Laptevlər dənizinin sahilində yerləşir. Bununla əlaqədar olaraq, bölgədə balıqçılığın yaxşı inkişaf etdiyini təxmin etmək çətin deyil. Bölgəni nəinki dəniz təmin edir. Ulusdan axan Yana çayında müxtəlif növ balıq növləri daşıyır. Ulus qərbdən və şimaldan (Laptevlər dəniZindəki adalarla) Bulun ulusu, cənubdan Verxoyansk ulusu, cənub-şərqdə Muoma ulusu, şərqdən Abıy ulusu və Allayıaxa ulusu ilə həmsərdəddir.
Tarixi Ulus 5 may 1967-ci ildə qurulmuşdur. Ulusun ərazisində alimlər qədim yaşayış yeri tapmışlar. "Yana düşərgəsi" paleolit dövrünə aiddir.
Bu tapıntıdan əvvəl geoloq Mixail Daştseren qədim bir sümük alətini tapmışmdır. Elm adamlarının müəyyən etdiyi kimi, alət tüklü kərkədana aid olmuşdur. Kəşflər bununla bitmir. Tumat düşərgəsimdə köpəyinin sərtləşmiş bədəni tapılmışdır. Bu köpək balası 13000 ildir ulusun daimi buzunda yatırdı. Əhalisi Milli tərkib 2002-ci il siyahıyaalmasına görə ulusun etnik tərkibi: saxalar - 3772 nəfər (37.69%), ruslar - 3547 nəfər (35.44%), evenlər - 1070 nəfər (10.69%), ukraynalılar - 889 nəfər (8.88%) və digər millətlər - 731 nəfər ( 7.3%). Urbanizasiya Şəhər şəraitində (Deputatski,, Nijneyansk və Ust-Kuyqa) ulus əhalisinin 54,42 % -i yaşayır. Yerli özünü idarəetmə Ust-Yana ulusu ərazisinə 3 şəhər və 7 kənd inzibati vahidliyinə ümumilikdə 15 yaşayış məntəqəsi daxildir. Ulus ərazisinə daxil olan yaşayış məntəqələri: Deputatski ş.t.q., Kazaçe k., Nijneyansk ş.t.q., Sayılık k., Tumat k., Ust-Kuyqa q., Ust-Yansk K., Uyandino k., Xayır k., Yukaqir k.
İqtisadiyyat Ulus iqtisadiyyatının əsasını qalay və qızıl hasilatı, balıq emalı, maralçılıq (şimal maralı) və heyvandarlıq təşkil edir. Təbiətin qorunması 2010-cu ildə ulusun ərazisində Yanski Mamontları Paleontoloji Regional Dövlət Təbiət Qoruğu qurulmuşdur. İstinadlar
Kateqoriya:Saxanın ulusları Kateqoriya:1967-ci ildə yaranmış dövlətlər və ərazilər
