Qavriil Qavriloviç Kolesov (, ; ) — Yakutiya aktyoru və yazıçı. RSFSR-in əməkdar artisti (1982), Yakutiya ASSR xalq artisti (1971).

Həyatı Qavriil Kolesov 1932-ci il 8 martda Yakutiyanın Megino-Xanqalas ulusunun 2-ci Batarinski qəsəbəsində anadan olmuşdur. Atası kolxozçu olmuşdur, məktəb yaşına çatmamış xalq mahnıları və nağıllara maraq göstərməyə başlamışdır. Olonqoları dinləyərək, hekayələr və mahnıları əzbərləyirdi.Лауреат Государственной премии Республики Саха (Якутия) им. П. А. Ойунского Колесов Гаврил Гаврильевич // sakha.gov.ru

1950-ci ildə on səkkiz yaşında Yakutsk Radio Komitəsinin xoruna qəbul edildi. 1954-cü ildə Platon Oyunskinin “Nurgün Bootur Stremitelni" olonqosunu ilk dəfə ifa etdi. 1957-1997-ci illərdə P. A. Oyunskinin adına Yakutiya Dram Teatrında artist kimi çalışmışdır. Drama və musiqili tamaşalarda bir sıra yadda qalan obrazları yaratmışdır. 1957-ci ildə Moskvada keçirilən VI Dünya Gənclər və Tələbələr Festivalında iştirak etmişdir.

1968-ci il 5-25 sentyabr tarixlərində Qavriil Kolesov "Melodiya" şirkətinin Leninqrad studiyasında “Nurgün Bootur Stremitelni" olonqosunun tam mətnini ifa etmişdir. Bu nadir əsərin elmi rəhbəri filologiya elmləri namizədi, SSRİ Elmlər Akademiyasının Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun böyük elmi işçisi, olonxo haqqında monoqrafiyanın müəllifi İ. V. Puxov idi.

Yakut dilində uşaqlar və gənclər üçün bir neçə kitab yazmışdır. 1960-cı ildən onun əsərləri nəşr olunmağa başlamışdır. 1964-cü ildə nəşr olunan "Ovçunun nəvəsi" povestində gənc tayqaçı Mnçilanın sərgüzəştlərindən bəhs edilirПолярная звезда . 1970 (kitab 1969-cu ildə V. Çupreev tərəfindən rus dilinə tərcümə edilmiş və "Polyarnaya Zvezda" jurnalında nəşr edilmişdir). "Həyat qabaqdadır" (1966), "Soyuq bahar" (1969), "Əsgər düşüncələri" (1973) kitablarının müəllifidir.Арктическая энциклопедия. Дополнительные материалы к изданию . 2017 1982-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü idi.

Mükafatları RSFSR-in əməkdar artisti (1982) Yakutiya Muxtar Sovet Sosialist Respublikasının xalq artisti (1971) Yakutiya MSSR-nin əməkdar artisti (1962) P. A. Oyunski adına Saxa Respublikasının (Yakutiya) dövlət mükafatı (1997) "Şərəf nişanı" ordeni

İstinadlar

Kateqoriya:SSRİ Yazıçılar İttifaqının üzvləri Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:Megino-Xanqalas ulusunda doğulanlar Kateqoriya:RSFSR-in əməkdar artistləri Kateqoriya:Yakutiya MSSR xalq artistləri Kateqoriya:Saxa yazıçıları