Qurd Səyid və Şura () — Nərmin Bezmenin eyni adlı romanı əsasında hazırlanan Türkiyə tarixi və drama teleserialı. Ekranlarda ilk dəfə 4 mart 2014-cü ildə göstərilmişdir. Son seriyası 20 noyabr 2014-cü il tarixində Star TV kanalında nümayiş olunmuşdur.
Süjeti Zəngin krım tatar ailəsində anadan olan Qurt Səyid, atası görkəmli torpaq sahibi Mirzə Mehmet Eminovun qoyduğu prinsiplərə əməl edərək böyümüşdür. Rus imperatoruna böyük hörməti olan Mirzə Mehmetin ən böyük istəyi oğlunun gözəl müsəlman qadını ilə nikahdan uşağı olmasıdır. Həm mülki həyatda, həm də hərbi sahədə müvəffəq olan Səyid ilə evlilik bir çox qadınların xəyalından keçir. Balların birində Seyid nəcib rus ailəsindən olan Aleksandra (Şura) adında qıza aşiq olur. Aleksandra ona qarşılıqlılıq versə də onların sevgisi müharibə başlayandan sonra sınağa çəkilir. Qurd Səyid çar və ata yurdunu qorumaq üçün Karpata yola düşür, amma onların sevgisi bundan azalmır.
Cəbhədə ağır yaralanandan sonra Qurd Səyid Petroqrad şəhərinə qayıtmaq məcburiyyətində qalır və burada inqilabın qəddarlığı ilə qarşılaşır. Qurd Səyid və dostları birbaşa İmperator II Nikolayl ilə əlaqəli olduqlarından bolşeviklərin qara siyahısına düşürlər. Qurd Səyid qaçmaq məcburiyyətində qalır, lakin Aleksandradan da ayrılmaq istəmir. O, qızı valideynlərinin yanına aparır, burada onunla evlənmək niyyətini açıqlayır. Şuranın zənginliyi və mənşəyinə baxmayaraq, Mirzə bu evliliyin əleyhinə olur. Qurd Səyid atasının istəyinə qarşı çıxaraq ölkəni tərk edir.
Dostlarının köməyi ilə Qurd Səyid və Şura keçmiş həyatlarını geridə qoyaraq gəmi ilə İstanbula yola düşürlər. Qurd Səyid gətirdiyi bilik və bacarıqlar ilə son illərini yaşayan Osmanlı İmperiyası sakinləri arasında hörmət qazanır. Çətinliklərlə dolu yeni bir həyatda Qurd Səyid və Şuranın yeganə dəstəkçisi onların sevgisi olur. Ancaq Qurd Seyid, Şuranı sevdiyi şəkildə sevilməyəcəyini bilərək yanında olmağa hazır olan Murvet ilə görüşəndən sonra vəziyyət gərginləşir.
Rollarda
Baş rollar OyuncuKarakterSezon12 Kıvanç Tatlıtuğ Qurd Səyid Eminov colspan="2" Farah Zeynəb Abdullah Şura - Aleksandra Verjenskaya colspan="2" Fəxriyyə Evcən Murka/Mürvet colspan="1" Birkan Sokullu Petro Borinski colspan="2" Ushan Çakır Cəlil Kamilov colspan="2" Berk Erçer Mişa Sorokin colspan="1" Seda Güven Valentina Verjenskaya colspan="2" Aslı Orcan barones Lola colspan="1" Demet Özdemir Alya/Ayla İkincidərəcəli colspan="1" Elçin Sangu Güzide İkincidərəcəli colspan="1"
İkincidərəcəli rollar AktyorRolMövsüm12 Melisa Aslı Pamuk Ayşə colspan="2" Sərdar Gökhan Mirzə Mehmet Eminov colspan="1" Şefiqə Tolun Zahidə Eminov colspan="1" Oral Özer Mahmud Eminov colspan="2" Barış Alpaykut Osman Eminov colspan="1" Zerrin Tekindor Nərmin Bezmen/Əminə colspan="2" Tolqa Savacı Əhməd Yəhya colspan="2"
Translyasiya Ölkə Telekanal Yayım tarixi Klan TV bTV 3 iyun — 6 iyul 2015 RTL Klub9 yanvar 2015-ci ildən TVP2, TVP Historia 31 avqust 2015-ci ildən Domaşni 21 fevral — 16 may 2015 TV B92 30 sentyabr — 6 noyabr 2014 MundoMax6 aprel 2015-ci ildən Star TV 4 mart — 20 noyabr 2014 İnter 1 iyun — 26 iyun 2015 Prva M
Mövsümlərin premyeraları İlk mövsüm (1-13 epizodlar) 2014-cü il martın 4-dən 10-dək Türkiyənin Star TV kanalında göstərildi və hər çərşənbə axşamı saat 20: 00-da yayımlanırdı. İkinci mövsüm (14-21-ci bölümlər) 23 sentyabr-20 noyabr 2014-cü il tarixlərində eyni kanaldan göstərildi, hər çərşənbə axşamı saat 20: 30-da və cümə axşamı saat 22: 30-da yayımlanırdı.
İstinadlar
Mənbələr
Xarici keçidlər
Star TV saytında rəsmi səhifəsi Kateqoriya:2010-cu illərdə Türkiyə teleserialları Kateqoriya:Türk dilində teleseriallar Kateqoriya:Rus dilində teleseriallar Kateqoriya:2014-cü ilin teleserialları Kateqoriya:2014-cü ildə başlayan Türkiyə teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Tarixi teleseriallar